Yakov Uxsay
Yakov Qavriloviç Uxsay (çuvaş Ухсай Николаевич Яккăвĕ, 13 noyabr 1911 Slakbaş kəndi, Bələbəy rayonu, Ufa quberniyası - 7 iyul 1986, Çeboksarı, Çuvaşıstan ASSR, RSFSR) — SSRİ, Çuvaşıstan şairi və yazıçısı, dramaturq, tərcüməçi, publisisti. SSRİ Yazıçılar İttifaqının üzvü (1938), Çuvaşıstan ASSR-in xalq şairi (1950). 1943-cü ildən bəri Sov.İKP(b) üzvü.
13 noyabr (26) 1911-ci ildə Slakbaş kəndində (indiki Başqırdıstan Respublikasının Bələbəy rayonu) kasıb kəndli ailəsində anadan olub. Uxsay klassik və çuvaş poeziyasının banisi məşhur "Narspi" poemasının müəllifi Konstantin İvanovun əmisi oğludur.. İlk təhsilini Bijbulyak kəndli gənclər məktəbində almışdır. Sonra 1930-1933-cü illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində oxumuşdur. Moskvada Çuvaş dilində nəşr olunan "Kommunar" qəzetində müxbir işləmişdir.
Yakov Uxsayın ədəbi debütü 1929-cu ildə "Suntal" jurnalının 7-ci sayında baş tutmuşdur. Burda onun "Doğma çölümə aşiq oldum ..." (çuvaş Juratrem ep tavan hire...