VADİD

f. yenidən görünmə, yeni baxış.

VADİ
VAFİ
OBASTAN VİKİ
Vadidəki Zambaq
Vadidəki Zambaq – dahi fransız yazıçısı Onore de Balzak tərəfindən qələmə alınmış romandır. Kitab, ilk dəfə 1835-ci ildə nəşr olunub və yazıçının nəhəng ədəbi varidatı içərisində ən seçilən əsəridir. Məktub şəklində qələmə alınan roman, baş obraz olan Felix de Vandenesse adlı şəxsin dilindən nəql edilir. Əsər, məhəbbət romanı olmaqla yanaşı, həm də, dövrün müxtəlif siyasi və sosyal hadisələrinə də toxunur. Dahi Balzakın özünə xas yazı üslubuyla, bacarığını maksimum şəkildə ortaya qoyduğu bu roman hər bir oxucuya yüksək təsir bağışlayacaq kitablar sırasındadır. Felix de Vandenesse: Felix, ailəsi tərəfindən qatı qanunlarla, sevgi göstərilmədən böyüdülmüş utancaq bir gəncdir. O, romanın ilk hissəsində, kiçik yaşlarında məruz qaldığı qəddarlıqları uzun uzadıya nağıl edir. Yazıçı, Felixin uşaqlıq illərini nəql edərkən, öz uşaqlıq dövründən təsirlənmişdir. Ailəsindəki sevgisizliyin əksinə, Felix daha emosianal və duyğularına asan qapılan bir kimsədir. Odur ki, bir cümləsində deyir "Təbiət mənə sevməyə əlverişli bir qəlb veribdir." Hələ 20 yaşında olarkən bir dövlət şənliyində ilk dəfə gördüyü gözəl bir qadına aşiq olur.

Значение слова в других словарях