vage

adj. şübhəli, mütərəddid, etibarsız
vagabundieren
Vagina
OBASTAN VİKİ
Andreas Vagenhaus
Andreas Vagenhaus (29 oktyabr 1964) — Almaniya futbolçusu Andreas Vagenhausun keçmiş Almaniya Demokratik Respublikasının (ADR) casusu olduğu 2010-cu ildə üzə çıxıb. İsveçrənin "Tages Anzeiger" qəzetinin araşdırmasına görə, Vagenhaus 1989–1993-cü illərdə "Dinamo" (Drezden) komandasında oynadığı vaxt ADR-in STASİ adlı kəşfiyyat orqanına "işləyib". O, komanda yoldaşı Detlef Şösslerlə birgə bu işi həyata keçirib. Hər iki oyunçu "Dinamo" Avropa kuboku matçlarına gedərkən, komandadakı digər oyunçuların ADR-dən qaçma planlarını STASİ-yə ötürüblər. Andreas Vagenhaus 1993–1994-cü il mövsümündə "Fənərbaxça"ya transfer olub. İstanbul klubu ilə 2 illik müqavilə bağlayan müdafiəçi 20 oyunda 1 qol vurub. O, müqaviləsi başa çatmadan mövsümün sonunda qarşılıqlı razılıq əsasında komandanı tərk edib. Vagenhaus 1990-cı ildə ADR yığmasının heyətində 3 matçda iştirak edib.