Vagina trixomonadı
Vagina trixomonadı nisbətən iri olub, uzunluğu 15–30 mkm-dir. Bədən forması oval ya da armudvari olub qısa titrəyici membrana malikdir.
Bədənin ön hissəsində kinetosomdan 4 qamçı çıxır. Kinetosomdan oval nüvəyə doğru qısa rizoplast yönəlmişdir. Kinetosoma həmçinin parazitin arxa tərəfinə doğru yönələn parabazal fibril, qısa titrəyici membran və aksostil birləşmiş olur. Sitoplazması dənəli quruluşa malikdir. Ovalşəkilli nüvə bədənin ön 1/3 hissəsində yerləşir.
İkiyə bölünmə yolu ilə çoxalır. Bölünmə zamanı kinetosom uzununa iki yerə ayrılır, hər hissədə iki qamçı qalır. Aksostil reduksiya edir.