vasitə
vasitəçilik
OBASTAN VİKİ
Vasitəçilik müharibəsi
Vasitəçilik müharibəsi (ing. Proxy war) — iki dövlət arasındakı münaqişə və qeyri-dövlət quruluşları arasında heç bir quruluşun birbaşa digərinə aid olmadığı bir qarşıdurma.
Kompüter vasitəçiliyi ilə kommunikasiya
Kompüter vasitəçiliyi ilə kommunikasiya (ing. computer-mediated communication, СМС) — iki və ya daha çox elektron cihazın istifadəsi ilə baş verən hər hansı insan kommunikasiyası. Termin ənənəvi olaraq kompüter vasitəçiliyi formatları (məsələn, ani mesajlaşma, e-poçt, söhbət otaqları, onlayn forumlar, sosial şəbəkə xidmətləri) vasitəsilə baş verən rabitələrə aid edilir. Lakin mətnlə mesajlaşma kimi mətnə əsaslanan qarşılıqlı əlaqənin digər formalarına da tətbiq edilmişdir. CMC ilə bağlı tədqiqatlar əsasən kompüter tərəfindən dəstəklənən müxtəlif kommunikasiya texnologiyalarının sosial təsirlərinə diqqət yetirir. Bir çox son tədqiqatlar sosial proqram təminatı ilə dəstəklənən və internetə əsaslanan sosial şəbəkələri əhatə edir. == Formaları == Kompüter vasitəçiliyi ilə kommunikasiya iki formaya bölünür: sinxron və asinxron. Sinxron kompüter vasitəçiliyi real vaxt rejimində baş verən ünsiyyətə aid edilir. Bütün tərəflər eyni vaxtda ünsiyyətdə olurlar; lakin onların hamısının eyni yerdə olması mütləq deyil. Sinxron rabitə nümunələri video söhbətlər və "FaceTime" audio zəngləridir.
Maliyyə vasitəçisi
Maliyyə vasitəçisi (ing. financial intermediary) — təşkilat, əsas funksiyası müxtəlif təsərrüfat subyektlərinin sərbəst vəsaitlərini toplamaq və onları müəyyən şərtlərlə öz adından bu vəsaitlərə ehtiyacı olan digər subyektlərə verməkdən ibarət olan müəyyən maliyyə institutu. Maliyyə vasitəçilərinin olması ehtiyacı olanlar üçün çatışmayan vəsait əldə etmək imkanını asanlaşdırır və artıq vəsaiti olan şəxslər üçün müvəqqəti boş vəsaitlərin yerləşdirilməsi imkanlarını genişləndirir. == Funksiyaları == İnvestisiyaların müxtəlif maliyyə alətləri üzrə paylanması yolu ilə risklərin şaxələndirilməsinin həyata keçirilməsi. Borcalanın ödəmə qabiliyyətinin yoxlanılması, nəticədə kredit riskinin azalması. Məqbul şərtlərlə kredit verə biləcək kreditorların tapılması probleminin sadələşdirilməsi. Normal iqtisadi şəraitdə kredit üçün faiz dərəcəsinin azaldılması. Vəsaitlərin yığılması, bunun nəticəsində borcalanların böyük məbləğlərə olan tələbatı ödənilir. == Əsas növləri == Maliyyə vasitəçilərinin dörd növü var: Depozit tipli maliyyə institutları Müqavilə üzrə əmanət təşkilatları İnvestisiya fondları Digər maliyyə təşkilatları Son onilliklərdə maliyyə vasitəçilərinin maliyyə əməliyyatlarının həcmi artmışdır. Eyni zamanda, struktur dəyişiklikləri də baş verir.

Значение слова в других словарях