Ceyms Vatt
Ceyms Vatt (ing. James Watt; 19 yanvar 1736[…], Qrinok, Renfryuşir qraflığı[d], Böyük Britaniya krallığı[…] – 25 avqust 1819[…], Birminhem, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Şotlandiyalı ixtiraçı. Ən böyük nailiyyətlərindən biri buxar maşınını təkmilləşdirməkdən ibarət olmuşdur. Bununla da, Sənaye inqilabının gedişinə ciddi təsir göstərən simalardan birinə çevrilmişdir.
== Həyatı ==
Ceyms Vatt kasıb, ancaq çox savadlı ailədə anadan olmuşdur. Onun atası dülgər idi. Babası şotlandiya-milli riyaziyyat müəllimi olmuşdur. Ceymsin uşaqlıqdan sağlamlığı çox zəif olmuşdur. O daimi xroniki baş ağrılarından əziyyət çəkmişdir. Uşaq ikən o hər şeylə maraqlanmış, əlinə keçən hər bir qurğunun işləmə prinsipini öyrənməyə cəhd etmişdir.