Euonymus velutinus
Məxməri gərməşov (lat. Euonymus velutinus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
1,5–4 m hündürlüyündə koldur. Tumurcuqları yumurtavari, 3–5 mm uzunluğundadır. Yarpaqları uzunsov-ellipsvari və ya tərs–yumurtavari, 2–8 mm uzunluğunda və 1-3,5 sm enindədir; küt və ya itiucludur, kənarlarından xırdadişlidir, damarlar boyu xırda tükcüklüdür; saplağı qısa (1–6 mm) və tükcüklüdür. Çiçək qrupu bəsit və ya çətirvari, qısa qoltuq çiçək oxunda yerləşir. Çiçəkləri dördüzvlü, yaşılımtıl, xırdadır; ləçəkləri 4, uzunsovdur, uc tərəfdən dəyirmi, uzunluğu 3 mm-ə yaxındır; yumurtalığı konusvari, tükcüklüdür. Qozası dərin, 4 dilimli, uc tərəfdən çökəkdir, qanadsızdır, dilimləri dəyirmidir.