vızıltı
vibrafon
OBASTAN VİKİ
Viaduk
Viadúk (fr. viaduc; lat. via — yol, və duco — aparıram, sözlərindən əmələ gəlib) — yolun çuxur, dağ dərəsi ilə kəsişməsində daş, dəmir-beton və ya metaldan tikilmiş körpü tipli nəqliyyat qurğusudu. Viaduklar, bir qayda olaraq, əhəmiyyətli uzunluğa və yüksək dirək elementlərinə malik olurlar; onlar torpaq tökümünün iqtisadi və ya texniki cəhətdən məqsədəuyğunlu olmadığı yerlərdə tikilir. Estakadadan fərqli olaraq, viaduka müxtəlif hündürlü dayaqlar və müxtəlif uzunluqlu gözlər xasdı. Vacib nəqliyyat kommunikasiyaları üzərində viadukların tikintisi Qədim Roma dövründən tətbiq edilir.
Qoteyk viaduku
Qoteyk viaduku — Myanmanın Şan ştatında yerləşən viaduk demir yoludur. Körpü Britaniya koloniyasının yay paytaxtı Pyin Oo Lvin ilə Şan əyalətinin şimalında yerləşən Laoş birləşdirir. Myanmanın ən böyük körpüsüdür. Mandalaydan təxminən 100 km aralıda yerləşir. Tikintisinə 1899-cu ilin aprel ayının 28 başlanılmışdır. 1990-cı ilin yanvar ayının 1-de isə tikintisi başa çatmışdır. Uzunluğu 689 m-dir. Viaduk 15 uçuş zolağından ibarətdir. Sudan 102 m hündürlükde yerləşir. Qoteyk viadukunun əni o qədər də çox deyildir.

Значение слова в других словарях