Visual FoxPro
Visual FoxPro (VFP) — mərkəzində relyasiyalı verilənlər bazalarının idarəolunması sistemi olan obyekt-yönlü və prosedurlu proqramlaşdırma dili. Microsoft şirkəti tərəfindən işlənib hazırlanıb. Əsasında FoxPro proqramlaşdırma dili dayanır. dBase proqramlaşdırma dilinin bazasında hazırlanmış xBase dillər ailəsinə aiddir. Bu ailənin başqa üzvləri Clipper и Recital dilləridir.
FoxBASE adlı ilk versiyası 1984-cü ildə Fox Software şirkətində işlənib hazırlanıb. 1992-ci ildə Fox Technologies şirkəti Microsoft tərəfindən alındıqdan sonra, proqram məhsulunun yeni versiyaları önəmli dərəcədə dəyişdirilmiş və adına “Visual” önşəkilçi əlavə edilmişdir. Orijinal FoxPro proqramının sonuncu 2.6 versiyası DOS, Windows və Unix əməliyyat sistemlərində işləyirdi; Visual FoxPro 3.0 versiyası Mac OS və Windows, daha sonrakı versiyalar isə yalnız Windows tərəfindən dəstəklənirdi. Cari MS Visual FoxPro versiyası COM texnologiyasına əsaslanır.
Visual FoxPro dilində proqram fraqmenti:
===================================
Donluq.prg
-----------------------------------
SET ECHO OFF
SET SAFETY OFF
SET TALK OFF
SET SCOREBOARD OFF
SET DATE FRENCH
SET CENTURY ON
SET OLEOBJECT ON
PUBLIC path0, path1, path2, path3, path4, path5, ;
pathres, pathimg
path0 = "DATA\SETUP\DONLUQ\"
path1 = "DATA\LIST\"
path2 = "DATA\BASE\"
path3 = "IMAGES\MAP\"
path4 = "DATA\DBOUT\"
path5 = "DATA\ARXIV\"
pathres = SYS(5) + '\ARBAY\RESOURCE'
pathimg = SYS(5) + '\ARBAY\IMAGES'
DECLARE integer GetSystemMetrics IN Win32API;
integer
x = GetSystemMetrics(0)
y = GetSystemMetrics(1)
WITH _SCREEN
.TitleBar = 0
.WindowState = 0
.BorderStyle = 0
.Top = 0
.Left = 0
.Width = x
.Height = y
.AutoCenter = .T.
ENDWITH
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.