Vize

der; -(s), -s F yardımçı, müavin
Vivisektion
Vizekanzler
OBASTAN VİKİ
Vize Kırklareli
Vize — Kırklarelinin təbiətində, İstanbuldan 140 km məsafədə tarixi və təbii gözəllikləri ilə önə çıxan bir ilçədir. "Cittaslow" deyilən sakit şəhər adı ilə Türkiyədəki 10 ilçədən biri olmuşdur. 2015 Türkiyə statistika qurumunun məlumatlarına görə rayon əhalisi 13.095 nəfərdir. Vize eyni zamanda Bolqarıstan şəhərlərinə bənzər Frakiyadakı Qara dəniz ilçələrindən biridir. Vize Yunanıstan və Bolqarıstan ilə mədəniyyət və turist mübadiləsini davam etdirən Balkan ilçəsidir. Tarixdə fərqli adlarla tanınan şəhər Buzia, Bizye, Bida, Biza, Vuza, Vizii və nəhayət, Vize kimi tanınır. Adının kökü Buzasdan gəlir, Bizas Poseydonun bir oğlunun adıdır. Eyni zamanda Buzas Frak dilində keçi deməkdir və Frakiyalılar üçün bu çox işlədilən bir addır. Həmçinin Byzas adının əfsanəvi bir Frakiya kralının adından gəldiyi deyilir ki, bu da Byzas su pərisi Semestranın oğludur. Vizedə ilk dəfə Frakyalıların bir qolu olan Astaylar məskunlaşmışdı.
Vize adası
Vize adası və ya Vize Torpağı — Şimal Buzlu okeannın Kara dənizi sularında yerləşən ada. Kara dənizinin şimalında qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində qərarlaşır. 1910-cu illərdə Georgi Lvoviç Brusilovun təşkil etdiyi ekspedisiya zamanı Müqəddəs Anna buxarlı şxununu Kara dənizində dreyf edərirdi. 1914-cü ildə gəmi sulara qər olur. Ancaq gəmi şturmanı Valerian İvanoviç Albanov gəmi jurnalını vilas edə bilir. 1924-cü ildə sovet okeanoqrafı, metroroloqu və qütb araşdırmaçısı Vladimir Yuleviç Vize gəminin buzlara sıxılaraq dreyf etdiyi əraziləri tətqiq etmişdir. O, gəminin məhv olmasının səbəbini onun adaya sıxılaraq parçalanmasında görürdü. Hətta gəminin batdığı ərzinin ada olmasını bildirmişdir. «Georgi Sedov» gəmisində 1930-cu ildə Vize Otto Şmitdin təşkil etdiyi ekspedisiyada özü tərəfindən ehtimal edilən adanı kəşf etmişdir.
Eli Vizel
Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. == Həyatı == 30 sentyabr 1928-ci ildə Rumıniyada dörd uşaqlı bir Yəhudi ailənin üçüncü uşağı olaraq doğuldu. 19 Aprel 1944-də Faşistlər tərəfindən ailəsiylə birlikdə Auşvitz həbs düşərgəsi və Buhenvald həbs düşərgəsinə göndərildi. Sol qoluna döyməklə A-7713 nömrəsi işləndi. Anası və ən kiçik qardaşının burada öldürüldüyü sanılır. 1944-cü ilin sonunda atası ilə birgə Buhenvald həbs düşərgəsi nəql edildi. Atası 28 Yanvar 1945-də aclıq və xəstəlikdən öldü. O tarixə qədər atası ilə birgə qalmağı bacardı. Düşərgələrdə işlədilərək keçirdiyi bir ilin ardından, 11 Aprel 1945-də Buhenvald həbs düşərgəsinin Amerikan ordusu tərəfindən ələ keçərilməsiylə, azadlığına qovuşdu. Döyüşdən sonra bir Fransız yetimxanasına yerləşdirildi və həyatda qalmağı bacaran iki bacısıyla bir araya gəldi.
Fridrix Fon Vizer
Fridrix fon Vizer (alm. Friedrich von Wieser‎; 10 iyul 1851[…], Vyana – 22 iyul 1926) —Avstriya iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == Avstriya məktəbinin görkəmli nümayəndələrindən biri də Fridrix Fon Vizer olmuşdur. Vizerin son faydalılıqla bağlı fikirləri onun "İqtisadi qiymətliliyin mənşəyi və əsas qanunları" (1884), "Təbii qiymətlilik" (1899) və "İctimai təsərrüfat nəzəriyyəsi" (1914) əsərlərində tədqiq olunmuşlar. Avstriya məktəbi nümayəndələri arasında ilk dəfə Vizer "qossen qanunları", "son faydalıq", "əvəzetmə" kimi anlayışları işlətmişdir. Bundan əlavə, o ilk dəfə olaraq məcmu faydalığın müəyyən edilməsi üsulunu axtarıb tapmağa cəhd etmişdir. Bu məqsədlə sərvətin son faydalığını həmcins sərvətlərin kəmiyyətinə hasili kimi hesablamağı təklif edir ki, bu da iqtisad elmində məcmu faydalığın müəyyən edilməsinin multiplikativ üsulu adlanır. Bu barədə Vizer belə yazır: "Faydalığın hesablanmasının əsas qanunu göstərir ki, məhsulun hər bir vahidi son faydalığa uyğun olaraq müəyyən edilir. Bu qanunu biz son faydalıq qanunu və yaxud daha qısa desək son qanun adlandıracağıq". Vizer göstərir ki, məhsulların dəyəri istehsal xərclərinin dəyəri ilə, istehsal xərclərinin dəyəri isə son sərvətin faydalığı ilə müəyyən edilir.
Vizey
Vizey (Portuqaliya)
Vizeyli Elyanora
İnfant Ferdinand (Vizey hersoqu)
Fernandu (Vizey hersoqu)
Simon Vizental
Simon Vizental (alm. Simon Wiesenthal‎; 31 dekabr 1908[…], Buçaç[d], Avstriya-Macarıstan – 20 sentyabr 2005[…], Vyana, Avstriya) — Avstriyalı memar, yazıçı və ictimai xadim, "Nasist ovçusu". O, yəhudi əslilli avstriyalı idi. Holokost qurbanı olmuş, möcüzə nəticəsində sağ qalmışdır. Vizental memarlıq təhsili alıb II Dünya müharibəsi başlayanda Lvovda yaşayırdı. O, Yanovski konsentrasiya düşərgəsindən (1941-ci ilin sonundan 1944-cü ilin sentyabrına qədər), Krakov-Plaşov həbs düşərgəsində (sentyabr-oktyabr 1944), Qross-Rosen konsentrasiya düşərgəsində, Xemnits, Buhenvald həbs düşərgəsində və Mauthauzen həbs düşərgəsində (fevral-5 may 1945) olub. Bu düşərgələrdə dəfələrlə ölüm yürüşündə iştirak edib. Müharibədən sonra Vizental həyatını qaçaq nasist müharibə cinayətkarlarının aşkara çıxarılıb mühakimə oluna bilməsi üçün onları izləməyə və barələrində məlumat toplamağa həsr edib. 1947-ci ildə o, Avstriyanın Lins şəhərində Yəhudi Tarixi Sənədlər Mərkəzinin həmtəsisçilərindən biri olub. Burada o və başqaları gələcək müharibə cinayətləri ilə bağlı mühakimələr üçün məlumat toplayıb və qaçqınlara itirilmiş qohumlarını axtarmağa kömək ediblər.
Ferdinand (Vizeu hersoqu)
İnfant Ferdinand (port. Infante Fernando) (17 noyabr 1433 – 18 noyabr 1470, Setubal[d]) — Portuqaliya kralı I Eduardın oğlu, Portuqaliya infantı. Ferdinand 1433-cü ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. İki dəfə Portuqaliya taxtının vəliəhdi kimi and içdi: ilk dəfə 1438-ci ildə atasının vəfatının ardından taxta çıxan qardaşı V Afonsonun vəliəhdi elan edildi. Ancaq 1451-ci ildə kralın bir oğlu doğuldu və bu ünvanını itirdi. Bununla birlikdə uşaq 1 aylıqkən vəfat etdi və Ferdinand ikinci dəfə vəliəhd elan olundu. Bu dəfə vəliəhdlik dönəmi 1 il oldu çünki ertəsi il 1452-ci ildə kralın bir qızı - Yuanna dünyaya gəldi. Ünvanını itirən Ferdinand həmin il ölkədən qaçdı. Bəzi rəvayətlərlə görə, o, dayısı olan Araqon və Neapol kralı V Alfonsonun cənubi İtaliyaya tərtiblədiyi səfərlərə qatılmışdı.
Vizeu
Vizeu (port. Viseu [viˈzew]) — Portuqaliyada şəhər.
Vizeulu Eleonora
Vizeulu Eleonora (port. Leonor de Viseu) (2 may 1458, Beja – 17 noyabr 1525, Lissabon) — Portuqaliya kralı II Conun xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Portuqaliya kralı I Eduardın oğlu İnfant Ferdinand, anası onun əmisi qızı İnfanta Beatrisdir. Luttikhuizen, Frances (2016). Underground Protestantism in Sixteenth Century Spain. Vandenhoeck & Ruprecht. p. 30. ISBN 9783647551104 Stephens, Henry Morse (1903). The story of Portugal.