Şəmsülməali Qabus ibn Vəşmgir
Qabus Şəms əl — Məali (X əsr – 1012, Qorqan)— Ziyarilərin hökmdarlarından biri.
Onun hakimiyyət illəri 978–1012-ci illəri əhatə edir. Onun atası Vuşmagir (935–967) Samanilər dövlətindən vassal asılılığını qəbul etmişdir. 967-ci ildə Vuşmagirin ölümündən sonra hakimiyyətə böyük oğlu Bisitun gəlmişdir. Bisitun dövləti 978-ci ilə qədər idarə etmişdir. Onun ölümündən sonra hakimiyyətə özündən yaşca kiçik olan qardaşı Qabus Şəms əl — Məali gəlmişdir. Bacarıqlı sərkərdə , çevik siyasətçi, mahir diplomat və dövlət xadimi olan Qabus Şəms əl — Məali əsas diqqəti Ziyarilər dövlətinin iqtisadi inkişafına və tam müstəqillik əldə etməsinə yönəltmişdir . Qabus Şəms əl — Məali Samanilər dövlətinin hökmdarlarının vassalı sayılsa da , fürsət düşdükcə onlara qarşı çıxırdı. Qabus Şəms əl — Məali Ziyarilər dövlətinin gəlirlə-rini artırmaq məqsədi ilə kənd təsərrüfatını, sənətkarlığı və ticarəti canlandırırdı. Eyni zamanda Samanilər dövlətinin hökmdarı II Nuha (976–997) Ziyarilər dövlətinin ərazisində təbii fəlakətlərin baş verdiyini yazan Qabus Şəms əl — Məali ödədiyi xəracı ixtisara saldırır.