Bərgüşad mahalı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 60: Sətir 60:


== Mənbə ==
== Mənbə ==
*Ənvər Çingizoğlu, Bərgüşad mahalı, Bakı: "Soy" dərgisi №5 (37), 2010, səh. 107-125.


*Ənvər Çingizoğlu, Bərgüşad mahalı, Bakı: "Soy" dərgisi №5 (37), 2010, səh. 107-125.
== Həmçinin bax ==
== Həmçinin bax ==

* [[Bərgüşad (Ucar)|Bərgüşad]]
* [[Bərgüşad (Ucar)|Bərgüşad]]
* [[Bərgüşad (çay)|Bərgüşad çayı]]
* [[Bərgüşad (çay)|Bərgüşad çayı]]


== Xarici keçidlər ==
{{Qarabağ mahalları}}
{{Qarabağ mahalları}}


[[Kateqoriya:Mahallar]]
[[Kateqoriya:1747-ci ildə yarananlar]]
[[Kateqoriya:1747-ci ildə yarananlar]]
[[Kateqoriya:Qarabağ tarixi]]
[[Kateqoriya:Qarabağ xanlığı]]
[[Kateqoriya:Qarabağ xanlığının mahalları]]
[[Kateqoriya:Qarabağ xanlığının mahalları]]
[[Kateqoriya:Dünbililər]]

21:31, 28 sentyabr 2017 tarixindəki versiya

Bərgüşad mahalı - Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri.

Ümumi məlumat

Mahal cənubda və qərbdə Çulundur mahalı, şimalda Qapanat mahalları, şərqdə isə Dizaq-Cəbrayıllı mahalı ilə həmsərhəddi. Mahalın paytaxtı Xocahan kəndi idi. Bu kənddə məscid, mədrəsə, hamam və həftəbazar vardı. Mahalın naibi Şəfi bəy Xocahanlı idi. Mahalın şenliklərindən Xocahan, Yeməzli, Üdgün, Gödəkli, Baydaqlı, Ucanis kəndləri xəzinə mülkü, qalanları sahibkar mülkləri statusundaydı.

Mahalın tarixindən

1628-ci ildə Bərgüşad mahalının hakimi Maqsud sultan Dünbili idi. Ondan sonra Qılıc bəy Dünbili də mahala başçılıq etmişdi. Qılıcan kəndi onun adıyla bağlıdır. Osmanlı dövründə (1724-1834) Bərgüşad mahalının başçısı Məhəmmədşərif bəy idi. Onun başçılığı haqqında Sultan III Əhmədin fərmanı:

Liva-i (Bergüşat)

Sabıka Revan Seraskeri оlan Vezir Ahmed Paşa tarafından Hılhına (Xılxına-Ə. Ç.) sancağı tevcih оlunan Mehmed Şerif Bey hizmetde bulunduğu ecilden hala, Gence ve Şirvan caniblerine serasker оlan Vezir Elhac Mustafa Paşa tarfından Bergüşat sancağı tevcih оlunup zabt u muhafazası içün irsal оlunduğunu, vezir-i müşarun –ileyh kaimesiyle ilam ve Devlet-i Aliyye tarafından dahi tevcihini reca itmekle liva-i mezbur, muma-ileyh Mehmed Şerif Beye verilmişdir, (28 S 138).

Məhəmmədşərif bəy 1732-ci ildə vəfat etdi. Onun yerinə Əli bəy təyin edildi. Onun təyinatı ilə bağlı Sultan III Əhmədin fərmanı:

Mutasarrıfı Mehmed Şerif fevt оlmağla, iki seneden beri Devlet-i Aliyye-ye izhar-itaat ve Kızılbaş ile ceng idüp sünniyyül-mezheb оlan Bergüşatlı Aliye mirlivalık ile Gence Seraskeri Vezir Mustafa Paşanın iltimasıyla verilmişdir, (22 Ca 138).

Qarabağ bəylərbəyi II Uğurlu xan Ziyadoğlu-Qacar II Şah Təhmasibin yanına qaçmışdı. 1730-cu ildə şah оnu 700 nəfərlik dəstə ilə Qarabağa qоşun tоplamağa göndərmişdi. Uğurlu xan Bərgüşad və Bərdə qəzalarından 12 min nəfərlik qоşun yığmışdı. Ibrahim paşanın yanında оlan Qarabağ qоşunu Qara bəyin başçılığı altında qaçıb Uğurlu xana qоşuldu.

Nadir şah Qarabağı Osmanlılardan təmizləyəndən sonra Bərgüşad mahalına Əliqulu xanı hakim təyin etdi. Mahalı Qarabağ bəylərbəyliyinin tərkibindən çıxarıb Təbriz şəhərinə, Azərbaycan bəylərbəyiliyinə tabe etdi. Əliqulu xanı başqa yerə göndərib Əlinağı xan Dünbilini mahal hakimi qoydu.

Bərgüşad mahalının nаibləri

Titul Adı Başlanığıcı Sonu
Naib Fətəli xan Dünbuli 1747 1751
Naib Əliqulu xan Dünbuli 1751 1762
Naib Xudat xan Dünbuli 1762 1784
Naib İsmail xan Dünbuli 1784 1800
Naib Şəfi bəy Xocahanlı 1800 1822

Mənbə

  • Ənvər Çingizoğlu, Bərgüşad mahalı, Bakı: "Soy" dərgisi №5 (37), 2010, səh. 107-125.

Həmçinin bax