Küpara mahalı — Qarabağda tarixi-coğrafi bölgə.
Mahal qərbdə Əcanan mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisiyan mahalı ilə həmsərhəd idi.
Mahalın mərkəzi Həkərək kəndi idi. Mahalın son naibi Məlik Parsadan idi.
Mahalda Həkərək, Sirkətas, İrəsvəng, Çaynı, Mülkiçan, Sevakar adlı kəndlər qərar tuturdu.[1]
Qədim-qayım Qarabağın mahallarından biri də Küparə idi. Küparə mahalı orta çağda Kuhparə nahiyəsi adlanırdı. 1593-cü ildə Osmanlı hökuməti tərəfindən nahiyənin kəndləri, məzrələri siyahıya alınıb.
Mahal qədim Kuhparə nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Həkərək kəndi idi.
Küparə mahalı 1840-cı ildə ləğv olunub, sahə kimi Şuşa qəzasına bağlandı. 1867-ci ildə Zəngəzur qəzasına verildi.
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | Məlik Parasan | 1724 | 1750 |
Naib | III Məlik Parsadan | 1750 | 1780 |
Naib | IV Məlik Parsadan | 1780 | 1822 |