Üdgün — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd.[1]
Üdgün | |
---|---|
39°03′17″ şm. e. 46°41′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 390 m |
Saat qurşağı | |
Üdgün kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Qarabağ və Cənubi Azərbaycandan gəlmiş ailələr salmışlar. Yerli məlumata görə, kəndin keçmiş adı Güdgün olmuşdur. Türk dillərində üdd “köçmək, köçəri həyat sürmək” mənasındadır. Güman etmək olar ki, kəndin adı “köçgün” mənasında olub, gəlmə (Zərdab) oykonimi ilə sionimlik taşkil edir.[2]
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Zəngilan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |