Kolanı mahalı

Kolanı mahalıQarabağ xanlığının 25 mahalından biri.

Kolanı mahalının tarixi

[redaktə | mənbəni redaktə et]

Kolanı mahalı xanlıq dönəmində yaranıb. Tarixən Uşacıq kəndindən Tərtər çayı boyu, Göyçə sərhəddinə qədər uzanan ərazidə məskunlaşan kolanılar zaman-zaman gah Çuxur Səd, gah da Qarabağ bəylərbəyliyinə bağlı olmuşlar. Pənahəli xan Sarıcalı-Cavanşir bu camaatı birdəfəlik Qarabağa aid etdi. Kolanı başçılarından İman bəy Allahveys bəy oğlu Gərravənd ilk Qarabağ xanına xidmət etmişdi.

İbrahimxəlil xan Sarıcalı-Cavanşirin hakimiyyəti dönəmində tanınmış kolanı bəyləri: Əli bəy Sədir bəy oğlu Gərravənd, Qələndər bəy Sədir bəy oğlu Gərravənd, Lələ bəy Əmirxan bəy oğlu Gərravənd, Turab bəy Çıraq bəy oğlu Gərravənd, Teymurxan bəy Allahveys bəy oğlu Gərravənd, İsaxan bəy Allahveys bəy oğlu Gərravənd, Tanrıqulu bəy Umud bəy oğlu Gərravənd, Novruz bəy Umud bəy oğlu Gərravənd, Mirzə Həsən bəy Ata bəy oğlu Şıxavənd, Qəhrəman bəy Şərif bəy oğlu Şıxavənd, Bayraməli bəy Sırxavənd, Kazım bəy Papravənd və başqaları.

Mehdiqulu xan Sarıcalı-Cavanşir Kolanı camaatına inanır, arxalanırdı. 1822-ci ildə İrana qaçarkən özü ilə Kolanı camaatından xeyli adam götürmüşdü. Qaçqınlıqda olarkən məsləhətləşdiyi ruhanilərin arasında Molla Əskər Vəli oğlu Sırxavənd-Kolanı və Molla Mustafa Mustafa oğlu Şıxavənd-Kolanı da vardı. Cilovdarı İsmayıl bəy Qəhrəman bəy oğlu Kolanı idi. Məktublarını çox vədə qasid Əliməhəmməd Zaman oğlu ilə çatdırırdı.

Mehdiqulu xanla İrana qaçan adlı-sanlı kolanılar: Ağa bəy Həsən bəy oğlu Şıxavənd, Mirzəxan bəy Qara bəy oğlu Şıxavənd, Qaytaran bəy Qəhrəman bəy oğlu Şıxavənd və başqaları. Mahalın ərazisində Kolanı еlinə daxil olan obalar qərar tuturdular. Bu obaları sıralayaq: Gərravənd—I, Gərravənd—II, Gərravənd—III, Şıxavənd, Papravənd, Sırxavənd…

Kolanı mahalı 1840-cı ildə ləğv edildi. Yeni yaranan Şuşa qəzasının Çiləbörd sahəsinə bağlandı.