Tatev mahalı — Qarabağda tarixi-coğrafi bölgə.
Tatev mahalı | |
---|---|
Ölkə |
Mahal qərbdə Sisiyan mahalı, şimalda Dərəlyəz mahalı, şərqdə isə Qaraçorlu mahalı, cənubda Bərgüşad mahalı ilə həmsərhəd idi.
Mahalın paytaxtı Tatev kəndi idi. 1823-cü ilə aid qaynağa görə, son dövrdə mahalın naibi Məlik Poqos bəy Orbeli idi.[1]
Əvvəlcə adı haqqında. Erməni xalq etimologiyasına görə "Tatev" adı orda olan monastır kompleksinə daxil olan əsas kilsə binasının inşası ilə əlaqədardır. Belə ki, kilsənin inşası tamamlandıqdan sonra memarın tələbəsi xaçı ucaltmaq üçün qübbənin üstünə çıxır. Lakin işini tamamlayıb aşağı düşərkən yıxılır və ölməməsi üçün dua edərək Tanrıdan ona qanad verməsini istəyir və bu ifadə erməni dilində "ta tev" şəklində səslənir.mənası "qanad verən" deməkdir.Lakin bu cür izah və ermənilərə bağlamaq üçün heç əsas yoxdur.Türk mənşəli tat-oturaq və ev sözlərinin birləşməsindən yaranması daha doğru görünür.Çünki həmin yerdə Türk boyları tarixin müxtəlif zamanlarında yaşamışdır.Erməniləri ruslar Osmanlı və Qacar dövlətlərindən köçürmüşdür.[2]
Mahal qədim Zəngəzur nahiyəsinin ərazisində yaranmışdı. El arasında Zəngəzur mahalı da adlanırdı. Mahalın mərkəzi Tatev kəndi idi. Tatev mahalına Tatev, Şinətağ, Şingər, Xot, Xalizur, Lor, Tanzatap, Gorus, Goru, Xınzırək, Əliquluuşağı, Əliqulukəndi, Kərəvic, Xoznavar, Yaycı kəndləri daxil idi.
Mahalın mərkəzi olan Tatev kəndində qədim türk nəsli olan orbelilər yaşayırdılar.Knyaz sülaləsi orbelilər Orta çağdan etibarən Zəngəzurda (Sünikdə) hakimiyyətə başlamışlar. Sünik sülaləsi olan orbelilərin əsasını Əliqum oğlu Liparit qoymuşdur. Əliqum Orbelinin (1290–1300) hakimiyyəti dövründə Sünikdə sülh bərqərar olur.[3] Onun varisi knyaz Burtelin qırx illik (təxm. 1300–1344) hakimiyyəti dövründə mədəni mühit daha da inkişaf etmişdi..[4]
1380-ci ildə Qızıl Orda hökmdarı Toxtamış xan Azərbaycana yürüşü zamanı Süniki də tutmuş,[5] bir neçə il sonra, 1387-ci ildə isə Əmir Teymurun yürüşlərinə məruz qalmışdı.[5] Bununla belə, XIV əsrinn sonu – XV əsrin əvvəllərinə kimi Sünikin knyaz sülalələri öz rütbələrini qoruya bilmişdi.[6] orbelilərin hakim statusunu saxlamışdı.
1403-cü ildə Sünikin iki knyazı Smbat və Burtel Orbelilər Teymurlular tərəfindən həbs edilərək Səmərqəndə göndərilmiş, daha sonra isə azad edilərək yenidən vəzifələrinə təyin etmişlər.[7] Azərbaycanda Qaraqoyunlular dövləti qurulduqdan sonra, 1410-cu ildə Qara Yusif Smbat Orbelinin hakim statusunu ləğv etmişdir. Knyaz Smbat Orbeli, oğlanları İvane, Beşken və Şahla birgə, orbelilərin digər qolunun yaşadığı və knyaz statusuna malik olduğu Gürcüstana üz tutmuşdur. 1417-ci ildə İvane və Beşken yenidən Sünik ərazisinə hakim təyin edilirlər. Beşkenin oğlu Əmir Rüstəm Qara İsgəndərin sarayında xidmət edir və orbelilərin Sünikdəki hüququnu bərpa etdirməyə nail olur. 1453-cü ildə Sultan Şahruxun Azərbaycana üçüncü yürüşündən sonra, Başken təbəələri ilə birgə Azərbaycanı tərk edərək Gürcüstana köçür, burada Baqratuni sülaləsindən olan gücü çarı I Böyük Aleksandr onu Loru hakimi təyin edir.[8][9] XV əsrin ortalarında, hakimiyyətə gələn Qaraqoyunlu şahı Sultan Cahanşah bəy Baranlı orbelilərin Sünik və Vayzur üzərində hüququnu tanıyır. Daha sonra isə Sünik Azərbaycanda Qaraqoyunlulardan sonra hakimiyyətə gəlmiş Ağqoyunlu sülaləsinə tabe olur.[10]
Qarabağ xanlığının baş sərkərdələrindən Hacı Ağalar bəy Sarıcalı-Cavanşir 1826-cı ilədək mahal ərazisində olan bəzi kəndlərdən (Xınzırək) kələntərlik toplayırdı.[11] Qalabəyi Məhəmməd bəy Xıdırlı-Otuziki Əliqulukəndi şenliyindən malcəhət və kələntərlik alırdı.[12]
Tatev vəzirovların, Kərəvic behbudbəyovların, Əliquluuşağı əlibəyovların və məlikzöhrabovların, Lor orbelilərin, Əliqulukəndi nəbibəylilərin, Xoznavar sultanovların mülkü idi.Xınzırək isə məlikzöhrabovların mülkü sayılırdı. Sonralar, rus üsul-idarəsi dövründə qarabəyovlarla ağalarovlar bu mülkün üstündə dartışırdılar. Muğancıq və Şamsız kəndləri Xələc bəylərinə (mirzəyevlərə və əmirovlara) mənsub idi. Bayandur əvvəlcə Mehdiqulu xan Sarıcalı-Cavanşirə, onun vəfatından sonra knyaginya Usmiyevaya məxsus kəndlərdən biri sayılırdı. Şurnuxu, Şinətağ, Şingər, Xot və digər kəndlər xəzinə mülkü idi.
Rus üsul-idarəsi dönəmində Tatev monastrı bəzi kəndləri (Tatev, Şinger) iddia edib aldı.
Tatev mahalı 1840-cı ildə ləğv olunub, sahə kimi Şuşa qəzasına bağlandı. 1867-ci ildə Zəngəzur qəzasına verildi.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Tatev mahalında 13 kənddə cəmi 698 (508 vergiödəyən, 190 ödəməyən) ailə yaşayırdı. Bu mahalda xristianlar çoxluq təşkil edirdi (635 ailə, yaxud 90%). Mahal sakinləri əkinçiliklə və maldarlıqla məşğul olur, evlərdə xalça toxuyurdular.[13]
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | Murtuza bəy Dünbili | 1747 | 1777 |
Naib | Əliməhəmməd sultan Dünbili | 1777 | 1789 |
Naib | Məlik Poqos bəy Orbeli | 1789 | 1822 |
Under Elikum III (1290–1300) Siwnik' enjoyed relative peace. While other parts of Armenia suffered from the civil strife that followed the murder of Argun Khan in 1291.
Elikums son and successor, Prince Burt’el, maintained the Orbelian control of Siwnik' through a long rule of over four decades (1300–44?). Contemporary sources refer to him as the "great commander-in-chief of the Armenians and the Georgians", and it was under his rule that the monastery of Glajor enjoyed its most conspicuous flowering.
В Армении, вошедшей вместе с большей частью Азербайджана в начале XV века в состав туркменской державы Каракойюнлу, именно к XV веку завершился в основном процесс исчезновения старинной местной армянской феодальной знати; лишь немногие её представители уцелели (в Сюнике, Маку и т. д.), да ещё монастыри остались представителями старинного армянского землевладения.
The latter began persecutions in the Siunik area, forcing the Armenian noble Beshken Orbelian with 6,000 house-holds to emigrate north to Lori, at the time under the control of King Alexsander of Georgia, who was married to Beshken’s sister.
Местные армянские феодальные государственные образования в конце XIV в. и в первой половине XV в. были уничтожены, армянская феодальная знать, кроме церковной, частью эмигрировала, как князья Сюника Орбелианы, переселившиеся в Грузию с частью населения
Jihanshah (1437–1467), faced by various enemies, also looked toward the Armenians for support. Several feudal chiefs were given control of one or more regions and even allowed to use the title "prince" (ishkhan); these included the lords of Siunik, Vayots Dzor, Artsakh, and Gugark.