Yuxu (qrup): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 67: Sətir 67:


=== Türkiyədə fəaliyyəti (1991-1994) ===
=== Türkiyədə fəaliyyəti (1991-1994) ===
Qrup üzvləri həmin dövrdə Türkiyəyə getməyi və orada kaset buraxmağı planlaşdırırdılar. Onların əlində "Xəzərin sahilində" kasetinin yazılmış qeydləri var idi. Həmin ərəfədə "Qızıl Payız" festivalının dinləyiciləri arasında olan fransız xanım menecer Paskal "Yuxu" qrupunu [[Fransa]]ya getməyə və orada fəaliyyət göstərməyə dəvət edir. Beləliklə, Paskal və qrup üzvləri Türkiyədə yenidən görüşüb, [[Fransa]]ya getmək barədə yenidən müzakirə aparmağı qərara alırlar. 1991-ci ildə üç üzvü İbrahim, Namiq və Çingiz Türkiyəyə gedirlər. [[İstanbul]]da onlar maddi sıxıntı ilə üzləşirlər, Laləlidə dəri palto satan mağazada işləməyə başlayırlar. Mağaza sahibi onların musiqiçi olduğunu öyrəndikdən sonra onları Bəyoğluna yönəldir və onları bir bar ilə əlaqələndirir.<ref name="Cerezzine">{{cite web |title=İbrahim Emin / Yuhu İbo|url=https://cerezzine.com/ibrahim-emin-yuhu-ibo/ |accessdate=03.05.2020 |date=17.07.2019 |agency=Cerezzine.com |archiveurl=https://web.archive.org/web/20200503141015/https://cerezzine.com/ibrahim-emin-yuhu-ibo/|archivedate=03.05.2020 |language=Türkcə}}</ref> Qrupun Türkiyədə ilk çıxışı elə orada, indi Riddim adlanan "TUAL" barında olub və dinləyicilər tərəfindən xoş qarşılanıb.<ref>{{cite news |title=50 yaşlı məşhur azərbaycanlı roker: ‘Ona görə evlənmirəm ki...’|url=https://azxeber.com/az/50-yasli-meshur-azerbaycanli-roker-ona-gre-evlenmirem-ki-msahibe-fotolar/medeniyyet/test |accessdate=01.07.2013 |agency=Azxeber.com |archiveurl=https://web.archive.org/save/https://azxeber.com/az/50-yasli-meshur-azerbaycanli-roker-ona-gre-evlenmirem-ki-msahibe-fotolar/medeniyyet/test|archivedate=04.26.2020 |language=Azərbaycanca}}</ref> Lakin vokalçısız fəaliyyətin çətin olduğunu görən qrup üzvləri, həmin vaxt [[Moskva]]da olan Cəsur Nemətovu İstanbula dəvət edirlər. "TUAL" barında tanış olduqları Tevfik Yılmaz onların əlində hazır qeydlərin olduğunu öyrənir və "Uzelli" şirkəti ilə tanış edir və beləliklə, qrup "Uzelli" şirkəti ilə əməkdaşlığa başlayır və ilk albomlarını - [[Xəzərin sahilində (albom)|"Xəzərin sahilində" albomu]]nu buraxırlar. Bundan sonra Paskal yenidən qrup üzvləri ilə İstanbulda görüşür və onları yenidən Fransaya dəvət edir. Lakin "Yuxu"nun Fransa səfəri baş tutmur. Bununla bağlı müxtəlif versiyalar var. Qrup üzvlərinin İstanbulda hava limanında soyulmağı ilə bağlı məlumatlar doğru deyil. Qrupun yaradıcısı İbrahim Eminin dediyinə görə, [[Türkiyə]]də dolların [[Azərbaycan]]dakından daha baha olmağı onları Fransaya getmək fikrindən daşındırıb. Digər versiyaya görə isə Fransada müvəqqəti yaşamaq üçün lazımi sənədləri əldə edə bilmədiklərinə görə səfər baş tutmayıb. Həmçinin "Uzelli" şirkətinin "Yuxu" üzvlərini fikrindən daşındırdığı ehtimalları da var. Beləliklə, "Yuxu" qrupu elə Türkiyədə fəaliyyət göstərməyə qərar verir.<ref name="azertacvideo"/><ref name="sumqayitxeber">{{cite news |title=İbrahim Emin: ““YUXU”nun ən böyük üstünlüyü onda idi ki, doğma dildə oxuyurdu” |url=https://sumqayitxeber.com/ibrahim-emin-yuxunun-en-boyuk-ustunluyu-onda-idi-ki-dogma-dilde-oxuyurdu/ |accessdate=21.07.2019 |agency=Sumqayitxeber.com |archiveurl=https://web.archive.org/web/20190721140011/https://sumqayitxeber.com/ibrahim-emin-yuxunun-en-boyuk-ustunluyu-onda-idi-ki-dogma-dilde-oxuyurdu/ |archivedate=21.07.2019 |language=Azərbaycanca}}</ref>
Qrup üzvləri həmin dövrdə Türkiyəyə getməyi və orada kaset buraxmağı planlaşdırırdılar. Onların əlində "Xəzərin sahilində" kasetinin yazılmış qeydləri var idi. Həmin ərəfədə "Qızıl Payız" festivalının dinləyiciləri arasında olan fransız xanım menecer Paskal "Yuxu" qrupunu [[Fransa]]ya getməyə və orada fəaliyyət göstərməyə dəvət edir. Beləliklə, Paskal və qrup üzvləri Türkiyədə yenidən görüşüb, [[Fransa]]ya getmək barədə yenidən müzakirə aparmağı qərara alırlar. 1991-ci ildə üç üzvü İbrahim, Namiq və Çingiz Türkiyəyə gedirlər. [[İstanbul]]da onlar maddi sıxıntı ilə üzləşirlər, Laləlidə dəri palto satan mağazada işləməyə başlayırlar. Mağaza sahibi onların musiqiçi olduğunu öyrəndikdən sonra onları Bəyoğluna yönəldir və onları bir bar ilə əlaqələndirir.<ref name="Cerezzine">{{cite web |title=İbrahim Emin / Yuhu İbo|url=https://cerezzine.com/ibrahim-emin-yuhu-ibo/ |accessdate=03.05.2020 |date=17.07.2019 |agency=Cerezzine.com |archiveurl=https://web.archive.org/web/20200503141015/https://cerezzine.com/ibrahim-emin-yuhu-ibo/|archivedate=03.05.2020 |language=Türkcə}}</ref> Qrupun Türkiyədə ilk çıxışı elə orada, indi Riddim adlanan "TUAL" barında olub və dinləyicilər tərəfindən xoş qarşılanıb.<ref>{{cite news |title=50 yaşlı məşhur azərbaycanlı roker: ‘Ona görə evlənmirəm ki...’|url=https://azxeber.com/az/50-yasli-meshur-azerbaycanli-roker-ona-gre-evlenmirem-ki-msahibe-fotolar/medeniyyet/test |accessdate=01.07.2013 |agency=Azxeber.com |archiveurl=https://web.archive.org/save/https://azxeber.com/az/50-yasli-meshur-azerbaycanli-roker-ona-gre-evlenmirem-ki-msahibe-fotolar/medeniyyet/test|archivedate=04.26.2020 |language=Azərbaycanca}}</ref> Lakin vokalçısız fəaliyyətin çətin olduğunu görən qrup üzvləri, həmin vaxt [[Moskva]]da olan Cəsur Nemətovu İstanbula dəvət edirlər. "TUAL" barında tanış olduqları Tevfik Yılmaz onların əlində hazır qeydlərin olduğunu öyrənir və "Uzelli" şirkəti ilə tanış edir və beləliklə, qrup "Uzelli" şirkəti ilə əməkdaşlığa başlayır və 11 oktyabr 1993-cü ildə ilk albomlarını - [[Xəzərin sahilində (albom)|"Xəzərin sahilində" albomu]]nu buraxırlar. Bundan sonra Paskal yenidən qrup üzvləri ilə İstanbulda görüşür və onları yenidən Fransaya dəvət edir. Lakin "Yuxu"nun Fransa səfəri baş tutmur. Bununla bağlı müxtəlif versiyalar var. Qrup üzvlərinin İstanbulda hava limanında soyulmağı ilə bağlı məlumatlar doğru deyil. Qrupun yaradıcısı İbrahim Eminin dediyinə görə, [[Türkiyə]]də dolların [[Azərbaycan]]dakından daha baha olmağı onları Fransaya getmək fikrindən daşındırıb. Digər versiyaya görə isə Fransada müvəqqəti yaşamaq üçün lazımi sənədləri əldə edə bilmədiklərinə görə səfər baş tutmayıb. Həmçinin "Uzelli" şirkətinin "Yuxu" üzvlərini fikrindən daşındırdığı ehtimalları da var. Beləliklə, "Yuxu" qrupu elə Türkiyədə fəaliyyət göstərməyə qərar verir.<ref name="azertacvideo"/><ref name="sumqayitxeber">{{cite news |title=İbrahim Emin: ““YUXU”nun ən böyük üstünlüyü onda idi ki, doğma dildə oxuyurdu” |url=https://sumqayitxeber.com/ibrahim-emin-yuxunun-en-boyuk-ustunluyu-onda-idi-ki-dogma-dilde-oxuyurdu/ |accessdate=21.07.2019 |agency=Sumqayitxeber.com |archiveurl=https://web.archive.org/web/20190721140011/https://sumqayitxeber.com/ibrahim-emin-yuxunun-en-boyuk-ustunluyu-onda-idi-ki-dogma-dilde-oxuyurdu/ |archivedate=21.07.2019 |language=Azərbaycanca}}</ref>


"Yuxu" qrupu 1993-cü ilin əvvəlində sonuncu dəfə Bakı səhnəsində görünürlər. Yanvarın 2-də ikinci "RokOko" festivalında çıxış edirlər. Cəsur Nemətov Bakıya gəlməmişdi. Ümumiyyətlə, onların çıxışları həvəssiz görünürdü və elə də uğurlu alınmamışdı. Qrup burada festivalın sponsoru olan "ANS" teleradio şirkətinin ikinci mükafatına layiq görülmüşdü.<ref name="rockzoneaz"/>
"Yuxu" qrupu 1993-cü ilin əvvəlində sonuncu dəfə Bakı səhnəsində görünürlər. Yanvarın 2-də ikinci "RokOko" festivalında çıxış edirlər. Cəsur Nemətov Bakıya gəlməmişdi. Ümumiyyətlə, onların çıxışları həvəssiz görünürdü və elə də uğurlu alınmamışdı. Qrup burada festivalın sponsoru olan "ANS" teleradio şirkətinin ikinci mükafatına layiq görülmüşdü.<ref name="rockzoneaz"/>

17:07, 14 may 2020 tarixindəki versiya

Yuxu
Əsas məlumatlar
Üslub
Fəaliyyət illəri 1988–2001
Ölkə
Şəhər
Dil Azərbaycan dili
Leybl
  • Uzelli Müzik
  • ADA Müzik
Keçmiş üzvlər
  • İbrahim Emin
  • Namiq Nağdəliyev
  • Çingiz Eyvazov
  • Cəsur Nemətov
  • Serkan Civelek
  • Zaur Abdullayev

Yuxu — Azərbaycan rok qrupu. 1988-ci ildə Sumqayıt şəhərində yaradılmışdır. Qrupun yaradıcısı bass gitarada ifa edən İbrahim Emin idi, zərb alətlərində Çingiz Eyvazov, gitarada Namiq Nağdəliyev ifa edirdi. Qrupun müxtəlif vaxtlarda üç vokalçısı olub: Cəsur Nemətov, Serkan Civelek və Zaur Abdullayev. Qrupun ilk mahnısı "Xəzərin sahilində" olub. "Yuxu" Azərbaycanda yaransa da, fəaliyyətinin əsas hissəsini 1991-2001-ci illərdə Türkiyədə göstərib. Həm Azərbaycanda, həm də Türkiyədə bir neçə festivalda iştirak edib. Fəaliyyət göstərdiyi illər ərzində qrup 3 albom buraxıb: "Xəzərin sahilində" (1993), "Sumqayıt" (1994) və "Ölümə çarə yox" (2001). Qrupun bütün mahnıları Azərbaycan dilində idi. 1999-cu ildə İstanbulda baş vermiş güclü zəlzələ musiqi sənayesinə də mənfi təsir göstərib və "Yuxu" qrupu 2001-ci ildə fəaliyyətini dayandırıb.

Tarixi

Yaranması (1986-1988)

80-ci illərdə Sumqayıt üsyankar və kasıb əhalisi ilə tanınırdı, burada rokun canlanması üçün əlverişli şərait yaranmışdı.[1] 80-ci illərin sonlarında gitaraçı İbrahim Emin rok qrupu yaratmağı düşünürdü və qonşusu Çingiz Eyvazovla birgə 1986-cı ildə birgə çalışmağa başlayıblar. Bir müddət sonra Namiq Nağdəliyev hərbi xidmətdən qayıdıb və o da İbrahim və Çingizlə birgə işləməyə başlayıb. Son olaraq qrupa Cəsur Nemətov qoşulub. Zərb alətlərində Çingiz Eyvazov, gitarada Namiq Nağdəliyev, bass gitarada İbrahim Emin ifa edirdi, vokalda isə Cəsur Nemətov idi.[2] Beləliklə, onlar məşqlərə başlayırlar və qrup yaratmağa nail olurlar.

İlk çıxışlarını 1987-ci ildə Sumqayıt şəhərindəki Kimyaçı Mədəniyyət Sarayında və daha sonra Səməd Vurğun adına Mədəniyyət evində ediblər.[3][4] Bir müddət fəaliyyət göstərdikdən sonra 1988-ci ildən "Yuxu" adı ilə fəaliyyətə başlayıblar.[5][6] Qrupun adını İbrahim Emin seçmişdi. Adın ikinci mənası "Sən kimsən?" (ing. You who?) deməkdir.[7][8]

Qızıl payız festivalı və məşhurlaşması (1989-1991)

Qrupun ilk uğuru 1989-cu ildə "Qızıl Payız" musiqi festivalında olub. Həmin festivalda Sumqayıtı təmsil edən yeganə qrup "Yuxu" idi. Qrupun festivalda iştirak etmək üçün imkanları yox idi. İbrahim Emin "Dostluq" klubunun direktoru Aslan Fətullayeva kömək üçün müraciət edir və müsbət cavab alır. Bakıda Lenin Sarayında keçirilən Festivalın ilk günü iki mahnı ilə çıxış edən qrup yarımfinala vəsiqə qazanır. "Xəzərin sahilində" mahnısı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.[9] "Yuxu" qrupu bu festivalda 28 qrup arasında Bakıdan “Dərviş” qrupu ilə birgə finala yüksəliblər. Münsiflər heyəti yekunda heç bir qrupa birinci yeri verməyiblər, hər iki qrup ikinci yeri tutub və diplomla mükafatlandırılıblar.[10][5] "Yuxu"nu həmin dövrdə tamaşaçılara sevdirən həm də onların digər qruplardan fərqli olaraq Azərbaycan dilində oxuması idi.

"Qızıl Payız"dan sonra onlar Solntsevo küçəsində studiyaya yollandılar və burada biri instrumental olmaqla, 5 mahnını demo lentə yazdırdılar. Qrupun uzun müddət bu lentdən başqa qeydi olmamışdı.[11]

1990-cı ilin avqustunda, beynəlxalq "Odlar Yurdu - 90" festivalına hazırlıq işləri aparılarkən Azər Əliyev (o zamankı Leninçi Kommunist Gənclər İttifaqı təbliğat şöbəsinin müdiri, sonralar Respublika Sarayının direktor müavini) Almaniya Federativ Respublikasına getdi və öz nəzərinə əsasən üç ən yaxşı qrupun — "Tac", "Dərviş" və "Yuxu"nun səsyazmalarını özü ilə apardı. Alman prodüserlərini ən çox "Yuxu" qrupu cəlb etdi və onların "Ana" mahnısı[a] "Maynz Rok 90" illik musiqi toplusuna daxil edildi.[11][12] Qrupun adı albomun üzərində rus hərfləri ilə "ЮХУ" yazılışına uyğun olaraq "10XY" kimi qeyd olunmuşdu. Qrup üzvləri bunu mətbuatdan öyrənmişdilər.[9] Daha sonra Cəsur Nemətovun solo müğənni kimi qatıldığı "Odlar Yurdu" festivalı baş tutdu. "Odlar Yurdu"dan sonra qrupun fəaliyyətində bir müddətlik səssizlik oldu. Buna baxmayaraq qrup 1991-ci ilin sentyabrında Yaşıl Teatrda keçirilən ilk "RokOko" festivalında tam heyət ilə yenidən meydana çıxdılar. Konsertdə qrupun "Ala gözlü yar" adlı yeni mahnısı da ifa edildi.[11]

Festivaldan qısa müddət sonra Rafiq Babayevin studiyasında "Yuxu" qrupunun daha bir neçə kompozisiyası qeyd edildi. Nəticədə qrupun 1990-1992-ci illərdə yazdığı mahnılardan ibarət 45 dəqiqəlik maqnitoalbomu çıxarıldı. Qrupun yeni mahnıları 1990-cı ildə yazılan mahnılar daha yumşaq səsə malik idi və onlar həm musiqi, həm də mahnı sözləri cəhətdən pop musiqi üslubuna yaxın idi.[11]

1991-ci ilin payızında "Yuxu" qrupu Yaşar Baxışın vasitəsilə həmin dövrdə "RokOko" jurnalının redaktoru, sonralar isə ANS Televiziyasının prezidenti olan Vahid Mustafayevlə tanış olub. Vahid Mustafayevin rejisorluğu ilə "Xəzərin sahilində" mahnısına Sumqayıtda çəkilmişdi və ilk dəfə ANS-də yayımlanmışdı. Həmin ifa və klip Azərbaycan tamaşaçıları tərəfindən çox böyük maraqla qarşılanmışdı. Bu, azərbaycanlı musiqisevərlər üçün yenilik idi.[13] Klip Türkiyə telekanallarında da yayımlanırdı.[5] "Yuxu"nun bundan sonra heç bir mahnısına klip çəkilmədi.

Türkiyədə fəaliyyəti (1991-1994)

Qrup üzvləri həmin dövrdə Türkiyəyə getməyi və orada kaset buraxmağı planlaşdırırdılar. Onların əlində "Xəzərin sahilində" kasetinin yazılmış qeydləri var idi. Həmin ərəfədə "Qızıl Payız" festivalının dinləyiciləri arasında olan fransız xanım menecer Paskal "Yuxu" qrupunu Fransaya getməyə və orada fəaliyyət göstərməyə dəvət edir. Beləliklə, Paskal və qrup üzvləri Türkiyədə yenidən görüşüb, Fransaya getmək barədə yenidən müzakirə aparmağı qərara alırlar. 1991-ci ildə üç üzvü İbrahim, Namiq və Çingiz Türkiyəyə gedirlər. İstanbulda onlar maddi sıxıntı ilə üzləşirlər, Laləlidə dəri palto satan mağazada işləməyə başlayırlar. Mağaza sahibi onların musiqiçi olduğunu öyrəndikdən sonra onları Bəyoğluna yönəldir və onları bir bar ilə əlaqələndirir.[14] Qrupun Türkiyədə ilk çıxışı elə orada, indi Riddim adlanan "TUAL" barında olub və dinləyicilər tərəfindən xoş qarşılanıb.[15] Lakin vokalçısız fəaliyyətin çətin olduğunu görən qrup üzvləri, həmin vaxt Moskvada olan Cəsur Nemətovu İstanbula dəvət edirlər. "TUAL" barında tanış olduqları Tevfik Yılmaz onların əlində hazır qeydlərin olduğunu öyrənir və "Uzelli" şirkəti ilə tanış edir və beləliklə, qrup "Uzelli" şirkəti ilə əməkdaşlığa başlayır və 11 oktyabr 1993-cü ildə ilk albomlarını - "Xəzərin sahilində" albomunu buraxırlar. Bundan sonra Paskal yenidən qrup üzvləri ilə İstanbulda görüşür və onları yenidən Fransaya dəvət edir. Lakin "Yuxu"nun Fransa səfəri baş tutmur. Bununla bağlı müxtəlif versiyalar var. Qrup üzvlərinin İstanbulda hava limanında soyulmağı ilə bağlı məlumatlar doğru deyil. Qrupun yaradıcısı İbrahim Eminin dediyinə görə, Türkiyədə dolların Azərbaycandakından daha baha olmağı onları Fransaya getmək fikrindən daşındırıb. Digər versiyaya görə isə Fransada müvəqqəti yaşamaq üçün lazımi sənədləri əldə edə bilmədiklərinə görə səfər baş tutmayıb. Həmçinin "Uzelli" şirkətinin "Yuxu" üzvlərini fikrindən daşındırdığı ehtimalları da var. Beləliklə, "Yuxu" qrupu elə Türkiyədə fəaliyyət göstərməyə qərar verir.[3][16]

"Yuxu" qrupu 1993-cü ilin əvvəlində sonuncu dəfə Bakı səhnəsində görünürlər. Yanvarın 2-də ikinci "RokOko" festivalında çıxış edirlər. Cəsur Nemətov Bakıya gəlməmişdi. Ümumiyyətlə, onların çıxışları həvəssiz görünürdü və elə də uğurlu alınmamışdı. Qrup burada festivalın sponsoru olan "ANS" teleradio şirkətinin ikinci mükafatına layiq görülmüşdü.[11]

"Yuxu" qrupu Türkiyədə Kanal D televiziyasının açılış mərasimində iştirak edib. Bundan bir müddət sonra məşhur türkiyəli müğənni Barış Manço qrupun fəaliyyəti ilə maraqlanmış və onlarla iki illik müqavilə bağlamışdı. 1993-cü ilin sentyabrın 17-də Türkiyənin TRT 1 kanalında Barış Mançonun aparıcısı olduğu verilişdəki çıxışları böyük maraqla qarşılanmışdı. Həmin verilişdə onlar "Ana" və "Xəzərin sahilində" mahnısını ifa etmişdilər.[11][7] 10 oktyabr 1993-cü ildə "Yuxu" qrupu "Atom Sentralına Qarşı Türkcə Rok Festivalı"nda iştirak edib.

1994-cü ildə "Uzelli" şirkəti ilə növbəti "Sumqayıt" albomunu çıxardıqdan sonra vokalçı Cəsur Nemətov qrupdan ayrılaraq Moskvaya köçür.

"Ölümə çarə yox" və dağılması (1995-2001)

Qrup üzvləri Cəsur Nemətovu əvəzləmək üçün qrup üzvləri bir neçə vokalçı yoxlayırlar. 1995-96-cı illərdə vokalda türkiyəli Serkan Civelek ifa edir.[17] 1998-ci ildə qrupa vokalçı Zaur Abdullayev qoşulub.[5][18] 1998-ci ildə Zaur Abdullayevin studiyasında üçüncü albomlarını yazdırdılar. Qrup “Uzelli” şirkətindən sonra “Midas Light Sound” musiqi şirkəti ilə müqavilə bağlayır.[19][10] Lakin bu əməkdaşlıq uğurlu alınmır.[3] 1999-cu ilin 16 avqustunda İstanbul yaxınlığında baş vermiş güclü zəlzələ[20] Türkiyədə musiqi sahəsinə də mənfi təsir edir. Qrup “Midas Light Sound” şirkətinin açdığı kazinoda və İstanbulun digər klub və barlarında çıxış edirlər. Şirkətlə albom çıxarmaq mümkün olmur və Bülent Forta onları "ADA Müzik" şirkəti ilə tanış edir. "Yuxu"nun "Ölümə çarə yox" adlı üçüncü albomu 2001-ci ildə "ADA Müzik" etiketiylə buraxılır və bu, qrupun sonuncu albomu olur.[14] Albomdan sonra "Yuxu" qrupu fəaliyyət göstərə bilmir və 2001-ci ildə fəaliyyətlərini dayandırırlar. Qrup üzvləri fəaliyyətlərinin dayanmasını zəlzələnin yaratdığı böhrandan başqa, həm də yorğunluqla əlaqələndirirlər.[13] Bundan sonra qrup üzvləri müxtəlif sahələrə yönəlirlər.[7][10] "Yuxu"nun Türkiyədəki ən uğurlu vaxtları İstanbulun "Caravan" və "Kemanci" rok barlarında keçib.[14]

2016-cı ilin sonlarında "Uzelli" şirkətinin arxivindən götürülərək rəqəmsal platformarlarda nümayiş olunan 14 mahnıdan ibarət "Türkçe Rock Vol 1" albomunda "Yuxu" qrupunun "Xəyalpərəst" və "Şər" mahnıları da yer alıb.[21]

Qrup üzvlərinin sonrakı fəaliyyəti

Qrup şəklində fəaliyyətlərini dayandırdıqdan sonra Namiq Nəğdəliyev Türkiyədə musiqi sahəsində fəaliyyətini davam etdirir. Namiq orada Barış Akarsu, Kıraç, Funda Arar, Haluk Levent və digər rokçularla işləyir. Cəsur Nemətov Moskvaya köçüb. İbrahim Emin Azərbaycanda rok musiqisinin inkişafı üçün çalışırdı. 2004-cü ildə Sumqayıtda "Sirr" qrupunu yaratmışdı. İbrahim 2019-cu ildə vəfat edib. Çingiz Eyvazov isə əvvəl Türkiyədə, indi isə Azərbaycanda döymə sənəti ilə məşğul olur.[13][5]

Tərz

"Yuxu"nun təsirləndiyi qruplar arasında "Deed Purple", "Led Zeppelin", "Rolling Stones", "Beatles", "Sweet", "Scorpions"u qeyd etmək olar.[18] 1990-cı illərdə "Yuxu" qrupu ABŞ-ın "Metallica" qrupuna bənzədilirdi.[7] Mahnılarının əsas mövzusunu ədalət, bərabərlik idi. "Yuxu" "Coldünya" qrupunun yaranmasına təkan verib.[22]

Üzvləri

Albomları

Qeydlər

  1. "Məni sənsən düşündürən" mahnısının ilk adı "Ana" olmuşdur.

İstinadlar

  1. Hüseynova, Aida. Music of Azerbaijan. From mugham to opera (İngiliscə). Bluminqton, İndiana: İndiana Universitet Nəşriyyatı. 2016. səh. 199. 24.07.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2019.
  2. Cavid Osmanov. "Вечный «сон» Ибрагима Эмина. Покойся с миром, невероятно добрый человек... - ВИДЕО". Media.az (Rusca). 03.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.05.2020.
  3. 1 2 3 "Əfsanəvi rok qrupu "Yuxu" haqqında bilmədiklərimiz. Qrupun yaradıcısı İbrahim Eminlə söhbət". Youtube (az.). Azərtac. 28.11.2014. İstifadə tarixi: 21.07.2019.
  4. Günay Muradlı. "Yenə də Sumqayıt…". Publika.az (az.). Sumqayitxeber.com. 03.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.05.2020.
  5. 1 2 3 4 5 Rəhimli, Şəhanə. "Bir vaxtların məşhur "Yuxu"su..." (az.). Aqreqator.az. 03.07.2019. İstifadə tarixi: 24.07.2019.
  6. ""CANLI" - "YUXU" qrupu". Youtube (az.). ASAN Radio. 25.04.2017. İstifadə tarixi: 21.07.2019.
  7. 1 2 3 4 Aqşin. "SSRİ-ni silkələyən, zəlzələnin dağıtdığı "Yuxu"" (az.). Axar.az. 04.07.2019. 21.07.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.07.2019.
  8. "Yuxu: "Sən kimsən?"". Youtube (az.). Azadlıq Radiosu. 17.12.2014. İstifadə tarixi: 21.07.2019.
  9. 1 2 "группа "Yuxu (Юху)"" (Rusca). Gruppasssr.ru. 03.07.2019. İstifadə tarixi: 05.03.2020.
  10. 1 2 3 Nurlan Babazadə, Ləman Səfərli. "Azərbaycan rokunun "Yuxu"su indi haradadır?". BBC.com (az.). BBC. 08.07.2016. 21.07.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.07.2019.
  11. 1 2 3 4 5 6 "Статья о группе "Юху" (из газеты "Тропою Грома")". rockzone.az (rus). 20.06.2009. 31.07.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.07.2019.
  12. "Various – Mayence Rock '90". Discogs.com. 09.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.05.2020.
  13. 1 2 3 Şəhanə Rəhimli; Nuron Məmmədov. "Cem Yılmaza `tatu` çəkən azərbaycanlı roker" (az.). Azvision. 18.12.2014. 03.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.05.2020.
  14. 1 2 3 "İbrahim Emin / Yuhu İbo" (Türkcə). Cerezzine.com. 17.07.2019. 03.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.05.2020.
  15. "50 yaşlı məşhur azərbaycanlı roker: 'Ona görə evlənmirəm ki...'" (az.). Azxeber.com. İstifadə tarixi: 01.07.2013.
  16. "İbrahim Emin: ""YUXU"nun ən böyük üstünlüyü onda idi ki, doğma dildə oxuyurdu"" (az.). Sumqayitxeber.com. 21.07.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.07.2019.
  17. "Serkan Civelek" (Türkcə). Turkpopmuzik.net. 06.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.05.2020.
  18. 1 2 Vlada Kamayeva. "Экскурс в прошлое: Ибрагим Эмин и группа Yuxu". Urban.az (Rusca). 04.07.2019. İstifadə tarixi: 05.10.2020.
  19. Xanım Nağıyev. "İbrahim Emin: "Əfsanəvi "Yuxu" qrupu zəlzələ nəticəsində dağıldı" - MÜSAHİBƏ" (az.). apa.az. APA. 19.03.2013. İstifadə tarixi: 21.07.2019.
  20. "17 Ağustos Depremi: 1999 ve sonrasında neler yaşandı, kaç kişi hayatını kaybetti?" (Türkcə). BBC Türkcə. 14.08.2019. İstifadə tarixi: 06.05.2020.
  21. "Karışık Kaset: "Türkçe Rock Vol 1" Dijital Platformlarda Yerini Aldı". Turkgitar.net (Türkcə). 28.12.2016. İstifadə tarixi: 11.05.2020.
  22. "Teymur Nadir: "Şükür Allaha ki, Azərbaycanda rok musiqi kütləvi janr deyil"". Palitra (az.): 12. 16.10.2012. 03.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.05.2020.

Xarici keçidlər