Codi Foster: Redaktələr arasındakı fərq
k Kateqoriya:İrland əsilli amerikalılar əlavə olundu HotCat ilə |
k Doğum_yaşı |
||
Sətir 8: | Sətir 8: | ||
|İlk adı = |
|İlk adı = |
||
|Digər adları = |
|Digər adları = |
||
|Doğum tarixi = |
|Doğum tarixi = 19.11.1962 |
||
|Doğum yeri = [[Los-Anceles]], [[ABŞ]] |
|Doğum yeri = [[Los-Anceles]], [[ABŞ]] |
||
|Vəfatı = |
|Vəfatı = |
16:49, 10 sentyabr 2020 tarixindəki versiya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Codi Foster | |
---|---|
ing. Jodie Foster | |
Doğum adı | Alicia Christian Foster |
Doğum tarixi | 19 noyabr 1962[1][2][…] (61 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa, kino aktrisası, kinorejissor, film prodüseri, səsləndirmə aktrisası[d], xarakter aktrisası[d], televiziya aktrisası, teatr prodüseri[d], icraçı prodüser, televiziya prodüseri[d] |
Fəaliyyət illəri | 1968-ci ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0000149 |
Vikianbarda əlaqəli mediafayllar |
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.
Həyatı
Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles şəhərində dünyaya göz açıb. Jodie aktrisalıq fəliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə “Walt Disney” studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu “Napoleon and Samantha” (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin“Alice Doesn't Live Here Anymore” filmində rol alır. Daha sonra isə elə bu rejissorun “Taxi Driver” (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir. Xatırladaq ki bu filmin ssenarisinə əsasən filmdə Travis Bickle-ı oynayan Robert De Niro da prezidentliyə namizədə sui qəsd edir. 1985-ci ildə Jodie “ədəbi tənqid” ixtisası üzrə “Yale” universitetini bitirir. Aktrisa böyük kinoya 1988-ci ildə “The Accused” filmində oynadığı baş rolla qayıdır və bu rolu ona “Oscar” gətirir. Üstündən üç il keçdikdən sonra “The Silence of the Lambs” (1991) filmində ifa etdiyi rola görə ikinci dəfə “Oscar”-a layiq görülür. 1995-ci ildə “Nell” filmindəki roluna görə Jodie yenidən bu mükafata nominant olur, amma bu dəfə heykəlcik başqa aktrisanın qisməti olur. Amma hər halda dünya kinosu tarixində yalnız Jodie Foster və Hilary Swank 30 yaşınadək iki “Oscar” qazanmış aktrisalardır. Jodie daha sonralar “Maverick” (1994), “Contact” (1997), “Anna and the King” (1999), rejissor David Fincherin “Panic Room” (2002) [ bu filmi yaxında ayrıca paylaşacam ], “Flightplan” (2005), “Inside Man” (2006), “The Brave One” (2007), “Nim's Island” (2008) kimi filmlərdə və 2011-cu ildə ekranlara çıxan, özünün də rejissoru olduğu “The Beaver” filmində rol almışdır. “17744 Jodiefoster” asteroidi aktrisanın şərəfinə belə adlandırılıb. Foster fransızca sərbəst danışır və bəzi filmləri fransız dilinə özü dublyaj edir. Jodie Foster 2014-cü ilin aprelində qadın fotoqrafçı Alexandra Hedisonla ailə həyatı qurmuşdur.
Filmoqrafiya
- Alisa artıq burada yaşamır (film, 1974) / Alice Doesn't Live Here Anymore
- Quzuların səssizliyi (film, 1991) / The Silence of the Lambs
- Anna və kral (film, 1999) / Anna and the King
Xarici keçidlər
- Vikianbarda Jodie Foster ilə əlaqədar mediafayllar var
- Codi Foster — IMDb səhifəsi
- Jodie-Online.net (ing.)
- TV and Movie Trivia Tribute: Jodie Foster (ing.)
- Cudi Foster Rusiya fan sartında
- ↑ Jodie Foster // Encyclopædia Britannica (ing.).
- ↑ Jodie Foster // filmportal.de. 2005.
- ↑ Deutsche Nationalbibliothek Record #119093790 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- 19 noyabrda doğulanlar
- 1962-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Los-Ancelesdə doğulanlar
- Yel Universitetinin məzunları
- Yel Kollecinin məzunları
- Ən yaxşı qadın roluna görə Oskar mükafatı qalibləri
- Qızıl Qlobus mükafatı laureatları
- Saturn mükafatı laureatları
- Əlifba sırasına görə film sənətçiləri
- ABŞ aktrisaları
- Oskar mükafatı laureatları
- Sesil B. De Mill mükafatı laureatları
- İrland əsilli amerikalılar