Şövqi Hüseynov: Redaktələr arasındakı fərq
k Kino sənətçisi şablonu qaydaya salınır |
Redaktənin izahı yoxdur |
||
Sətir 44: | Sətir 44: | ||
== Həyatı == |
== Həyatı == |
||
Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da [[Cəlilabad rayonu]]nda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor [[Cənnət Səlimova]]dan dərs |
Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da [[Cəlilabad rayonu]]nda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor [[Cənnət Səlimova]]dan dərs alıb. |
||
1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır |
1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır |
||
2000-ci ildən |
2000-ci ildən həm də dublyaj fəaliyyəti ilə məşğuldur. |
||
== Mükafatları == |
== Mükafatları == |
17:58, 31 oktyabr 2020 tarixindəki versiya
Şövqi Hüseynov | |
---|---|
Fayl:Şövqi Hüseynov.jpg | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad, Azərbaycan SSR |
Həyat yoldaşı | Şəbnəm Hüseynova |
Uşağı | Ülvi Hüseynzadə |
Atası | Ərəstun Hüseynov |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Hüseynov Şövqi Ərəstun oğlu (9 avqust 1972) — Azərbaycan teatr və kino aktyoru, "Zirvə" mükafatı laureatı (2015), "Stanislavski" medalı laureatı (2015).
Həyatı
Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır 2000-ci ildən həm də dublyaj fəaliyyəti ilə məşğuldur.
Mükafatları
İranda, Türkiyədə, Moskvada, Kiyevdə, Moldovada keçirilən beynəlxalq teatr festivallarının laureatı olmuşdur. Azərbaycan Respublikasının əməkdar artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5] və 7 may 2020-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.10 mart 2015-ci ildə Milli Teatr günü Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "O olmasın bu olsun" tamaşasında ifa etdiyi Məşədi İbad roluna görə "Zirvə" mükafına layiq görülüb. 29 oktyabr 2015-ci ildə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqı tərəfindən "Stanislavski" medalına layiq görülüb.[7]
Şövqi Hüseynov 2018-ci ildə İranın Təbriz şəhərində keçirilən "Əlif" beynəlxalq teatr festivalında "Dəlinin qeydləri" tamaşasındakı Aksenti İvanoviç roluna görə, Ən yaxşı kişi rolu nominasiyasında birinci mükafata layiq görülüb.[8]
- Aktrisa Şəbnəm Hüseynovanın həyat yoldaşıdır.
Teatrda oynadığı rollar
- Qazı ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadə)
- Skapen ("Skapenin kələyi", Jan Batist Molyer)
- Poprışşin ("Dəlinin qeydləri", Nikolay Vasilyeviç Qoqol) (mono tamaşa)
- Kin ("Edmund Kin", Qriqori Qorin)
- Vəzir ("Vəziri-xani-Lənkəran", Mirzə Fətəli Axundzadə
- Dərviş ("Müsyö Jordan və Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə)
- Narahat adam ("Ruh", Kamal Abdulla)
- Raffael ("Don Raffael-trombonçu", Peppino de Filippo)
- Ramiz ("Şirə bənzər", Rüstəm İbrahimbəyov)
- Kişi ("Bir...iki...bizimki", Kamal Abdulla)
- Qıvrımsaç ("Sən məni atmazsan ki...", Con Steynbek)
- Kontrabasçı ("Kontrabas", Patrik Züskind) (mono tamaşa)
- Salyeri ("Mosart və Salyeri", Aleksandr Sergeyeviç Puşkin)
- Don Quan ("Daş qonaq", Aleksandr Sergeyeviç Puşkin)
- Yaqo ("Otello", Uilyam Şekspir)
- Motl ("Mavi yuxular", Şolom Aleyxem)
- Şifone ("Mizantrop", Ejen Labiş)
- Manıs ("İtlər", İlqar Fəhmi və Oqtay Kazımi)
- Feyerbax ("Mən Feyerbaxam", Tankret Dorst) (mono tamaşa)
- Tanrıverdi ("Hekayəti-xırsi-quldurbasan", Mirzə Fətəli Axundzadə) (2009)
- Kral ("Eskorial", Mişel de Gelderode)
- Vladimir ("Qodo həsrətində", Semuel Bekket)
- Lopaxin ("Albalı bağı", Anton Pavloviç Çexov)
- Şeyx Sənan ("Şeyx Sənan", Hüseyn Cavid)
- Aydın ("Aydın", Cəfər Cabbarlı)
- Savalan ("Məhv olmuş gündəliklər" ,İlyas Əfəndiyev)
- Merkisio ("Romeo və Culyetta",Vilyam Şekspir)
- Markiz ("Markolfa",Dario Fo)
- III Riçard ("III Riçard",Vilyam Şekspir)
- İnqilab ("Miras",Hüseynbala Mirələmov)
- Məşədi İbad ("O olmasın,bu olsun",Üzeyir Hacıbəyov - Azərbaycan Dövlət Musiqili Teatrı)
Filmoqrafiya
- Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) - (AZTV dublyajı) film səsləndirən: Əhməd (Mikayıl Kərimov);Zeynal (Eldəniz Rəsulov);Fazil (Hamlet Qurbanov)
- Bütün Azərbaycan əsgər olmalı (1997, film-tamaşa)
- Məhv olmuş gündəliklər (film, 1999) - rol: Qənimət
- Sabiqlər (film, 1999)
- Şirin bülbül (film, 2000) - rol: Jurnalist
- "Edelveys" və dəmir biləklər (film, 2001)
- Qeybdən gələn səs (film, 2002) - rol: Müşfiq
- Tənha durna uçuşu (film, 2003) - film səsləndirən: Nəsib (Ötkəm İsgəndərov)
- Almas Yıldırım (film, 2004) - rol: agent;kəndli
- Toy (II) (2004, film-tamaşa)
- Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) - mətn oxuyan
- Cavid ömrü (film, 2007) - film səsləndirən: Mikayıl Müşfiq (Qurban Məsimov)
- Seans (veriliş, 2007) - Verilişdə iştirak edən
- Zəlimxan dastanı (film, 2007) - Mətni oxuyan
- Günaydın, mələyim! (film, 2008)
- Aşiqlər (film, 2008) - rol: NKVD işçisi
- Üç zirvənin fatehi (film, 2008)
- Cavad xan (film, 2009) - film səsləndirən: Hüseynqulu xan (Anar Fərəcbəyli)
- Qaydasız döyüş (film, 2009) - rol: kapitan Ağayev
- Rəfibəylilər (film, 2009)
- Yaddaş (film, 2010) – rol: Azər
- Aktrisa (film, 2011) (tammetrajlı bədii film) - rol: Murad Babayev
- Bir gün olmasam... (film, 2012) - Mətni oxuyan
- Pərvanələrin rəqsi (serial, 2012) - rol: Tofiq Qüdrətov
- Yaşadan, yaşayan Yaşar (film, 2012) - Mətni oxuyan
- Dərvişin qeydləri (film, 2013) - rol: karvansaraçı
- Sonuncu fəsil (teleserial, 2013) - rol: Sədi Zamanlı
- Qaynanamız (teleserial, 2015) - rol: İmaş
- Xeyirlə şərin rəqsi (film, 2016) - rol: Qulam
- Vicdan haqqı (teleserial, 2016) 31. Yalan (film, 2006) - film səsləndirən: Vasif (Elçin Əhmədov) 32. Məhkumlar (film, 2007) - film səsləndirən: Eldar (Ramil Zeynalov)
İstinadlar
- ↑ İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. İstifadə tarixi: 2017-05-02.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. İstifadə tarixi: 2020-05-07.
- ↑ "Xortdanın cəhənnəm məktubları"nı Rusiyada oxudular - FOTO
- ↑ 525-ci qəzet. "Əməkdar artist Şövqi Hüseynov "Əlif" Festivalında birinci oldu" (az.). 525.az. 28.11.2018. İstifadə tarixi: 2018-11-28.