Səma Ramazanoğlu: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 58: Sətir 58:
== İstinadlar ==
== İstinadlar ==
{{İstinad siyahısı}}
{{İstinad siyahısı}}
[[Kateqoriya:TBMM XXVI çağırış deputatları]]
[[Kateqoriya:Ədalət və İnkişaf Partiyasının üzvləri]]
[[Kateqoriya:Türkiyə nazirləri]]

06:52, 16 may 2023 tarixindəki versiya

Səma Ramazanoğlu
türk. Sema Ramazanoğlu
Türkiyənin Ailə və Sosial Siyasətlər naziri
28 avqust 2015 – 24 noyabr 2015
Baş nazirƏhməd Davudoğlu
Seçki dairəsiDənizli (2015, noyabr)
ƏvvəlkiAyşən Gürcan
SonrakıFatma Betül Sayan Kaya
Türkiyə Böyük Millət Məclisinin 26-cı dövr millət vəkili
17 noyabr 2015 – 24 iyun 2018
Şəxsi məlumatlar
Doğum adı Sema Bostancı
Doğum tarixi 25 avqust 1959(1959-08-25) (64 yaş)
Doğum yeri
Milliyyəti türk
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya Ədalət və İnkişaf Partiyası
Təhsili Ankara Universiteti
İxtisası həkim, siyasətçi
Fəaliyyəti siyasətçi, həkim, cərrah
Həyat yoldaşı İldırım Məhməd Ramazanoğlu
Ailəsi Səlma Aliyə Kavaf (bacısı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səma Ramazanoğlu (25 avqust 1959, Dənizli) — Türk həkim və siyasətçisi, keçmiş Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri.

4 noyabr 2015-ci il - 24 may 2016-cı il tarixləri arasında Türkiyənin 64-cü hökumətində Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri vəzifəsində çalışıb.[1] O, ilk dəfə 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə Dənizlidən millət vəkili olaraq parlamentə seçilib.

Ramazanoğlu deputat və nazir olmazdan əvvəl 2003-2009-cu illərdə keçmiş baş nazir və Ədalət və İnkişaf Partiyası lideri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi olub. O, həm də Ədalət və İnkişaf Partiyasının qurucularındandır. Bacısı Səlma Aliyə Kavaf da 2009-2011-ci illərdə Ədalət və İnkişaf Partiyasından nazir olub.

Erkən həyatı və təhsili

Səma Ramazanoğlu 25 avqust 1959-cu ildə Dənizlidə Niyazi və Gülsərən Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İlk və orta təhsilini Dənizlidə başa vurduqdan sonra 1983-cü ildə Ankara Universiteti tibb fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra müxtəlif səhiyyə ocaqlarında həkim işləyib. O, İsveçrənin Bern Universitetinin xəstəxanasında və doğum evində radiologiya üzrə rezidenturanı bitirib.[2]

Türkiyəyə qayıtdıqdan sonra müxtəlif xəstəxanalarda rentgenoloq mütəxəssisi kimi fəaliyyətini davam etdirib. Doktoranturasını Zeynep Kamil və Nümunə xəstəxanalarında davam etdirib. 28 fevral dövründə işlədiyi Heydərpaşa Nümunə Xəstəxanasında hicab problemi yaranınca 1998-ci ildə işlədiyi xəstəxanadan istefa verərək öz klinikasını açdı.[3]

Erkən siyasi karyerası

Ədalət və İnkişaf Partiyası dövrü

Ramazanoğlu ailə dostu Rəcəb Tayyib Ərdoğanın AK Partiyasını qurmasından sonra partiyanın qurucu əsas üzvlərindən biri olub. Prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdə Mərkəzi Qərar Heyəti sədrinin müşaviri və üzvü vəzifələrində çalışıb. Ardıcıl iki dövr Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar Heyətinin üzvü olaraq partiyada mühüm vəzifələr icra edib.[4]

Ramazanoğlu 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya Dənizli millət vəkili olaraq ilk dəfə TBMM-nə daxil olub.

Ailə və Sosial Siyasətlər nazirliyi (2015 - 2016) dövrü

24 noyabr 2014-cü ildə Baş nazir Əhməd Davudoğlu tərəfindən hazırlanıb təqdim edilən və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilən 64-cü hökumət kabinetində Ailə və Sosial Siyasətlər naziri vəzifəsinə təyin edilib.

Müzakirələr

Ensar vəqfi

45 uşağın zorlandığı təcavüz qalmaqalından sonra Ensar vəqfi; "Karamanda ilk hadisə üzə çıxan kimi nazirliyimiz hüquqi müstəvidə işə qarışdı, bunun bir dəfə baş verməsi onu ləkələmək üçün əsas deyil” dedi.[5][6] Müxalifət partiyaları, baş nazir və prezidentin də tərəf olduğu bu bəyanat Türkiyədə müzakirələrə səbəb oldu.

Qadın haqları

Şəxsi həyatı

İstinadlar

  1. "Sema Ramazanoğlu kimdir?". 25 Kasım 2015 tarixində arxivləşdirilib.
  2. "Arşivlenmiş kopya". 6 Nisan 2016 tarixində arxivləşdirilib.
  3. http://www.biyografi.info/kisi/sema-ramazanoglu (#bare_url_missing_title). 29 Mart 2016 tarixində arxivləşdirilib.
  4. "Arşivlenmiş kopya". 14 Nisan 2016 tarixində arxivləşdirilib.
  5. "Bir kere olması karalamak için gerekçe olamaz".
  6. "Aile Bakanı'na bak... "Bir kere olması karalamak için gerekçe olamaz"".