Ruslan İsmayılov

Vikipediya, azad ensiklopediya
CommonsDelinker (müzakirə | töhfələr) ("MHO5367.jpg" faylı silinir, çünki bu fayl Hystrix tərəfindən Wikimedia Commons-dan silinmişdir. Silinmə səbəbi: No permission since 18 October 2012.) tərəfindən edilmiş 00:35, 7 noyabr 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ruslan İsmayılov
Doğum tarixi 12 dekabr 1984(1984-12-12) (39 yaş)
Doğum yeri
Fəaliyyəti aktyor
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsmayılov Ruslan Şöhrət oğluAzərbaycan aktyorurejissoru.

Həyatı

Ruslan İsmayılov 12 dekabr 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrıkino aktyoru fakültəsinə, rejissor Cənnət Səlimovanın kursuna daxil olaraq 2002-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə həmin ali məktəbin magistraturasını da fərqlənmə diplomu ilə başa vurub. 2004-2005-ci ilərdə hərbi xidmətdə olub. 1998-2003-cü illərdə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor kimi çalışıb. 2003-cü ildən hal-hazıradək Azərbaycan Dövlət "Yuğ" Teatrının aktyorudur. 2007-ci ildə British Councilun "Forum teatr"ının iştirakçısı olub.

Səhnə hərəkəti, plastika, səhnə döyüşü, pantomim, qılınc təlimi, rəqs (milli, latın amerikası, müasir, disko, brek, modern) sahəsində bacarığa malikdir.

Azərbaycan dili, rus dili, türk dilini sərbəst, ingilis dilini zəif bilir.

Teatrda oynadığı rollar

Azərbaycan Dövlət Pantomima Teatrı

Azərbaycan Dövlət "Yuğ" Teatrı

Teatrda qurduğu tamaşalar

Azərbaycan Dövlət "Yuğ" Teatrı

İştirak etdiyi festivallar

  • Gürcüstan ( Tbilisi, 17sentyabr – 8 oktyabr 2000-ci il, "Qızıl maska" Beynəlxalq Teatr Festivalı )
  • İran ( Tehran, 3-10 mart 2002-ci il, "Dostluq" teatr festivalı )
  • Türkiyə ( Ankara 17-27 oktyabr 2002-ci il, "Ethos" Uluslararası Teatr Festivalı Ethos)
  • Ukrayna ( Kiyev 7-14 may 2003-ci il,. "Kiyev- Travnevi" 5-ci Beynəlxalq Teatr Festivalı )
  • "Mən...Sən...Biz..." Perfonmansı Beynəlxalq layihə Türkiyə ( Qars ) – Gürcüstan – Azərbaycan ( Bakı,Gəncə ) 2006-cı il;
  • VIII Beynəlxalq Çexov festivalı 23-30 iyun 2009 MDB ölkələrinin gənc rejissorlar labaratoriyası chekhovfest

Filmoqrafiya

Şəkillər

Həmçinin bax