Mehrimah Sultan (I Süleymanın qızı)
Mehrimah Sultan | |
---|---|
Doğum tarixi | təq. 1522 |
Doğum yeri | |
Vəfat tarixi | 25 yanvar 1578 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşağı | |
Atası | Sultan Süleyman Qanuni |
Anası | Xürrəm Sultan |
Vikianbarda əlaqəli mediafayllar |
Mihrimah Sultan — Sultan Süleyman Qanuni və Xürrəm Sultanın qızı. 1522-ci ildə anadan olub. 1539-cu ildə Rüstəm Paşa ilə evlənib. 1566-cı ildə atası öldükdən sonra kiçik qardaşı II Səlim taxta çıxır. Bu vaxt Xürrəm Sultan ölmüşdü. O, qardaşı üçün əsl Validə Sultan rolu oynadı.
Mihrimah Sultan həyatı boyunca dövlət işlərində çox söz sahibi oldu. Anası Hürrem Sultan kimi Lehistan kralı II. Zygmunt August'la yazışmalar etdi. Çox böyük bir sərvət sahibi oldu. 1540-1548 illəri arasında Memar Sinan İstanbulun Üsküdar rayonunda məscid Üsküdar İskele Məscidi, mədrəsə, ibtidai məktəb və xəstəxanadan ibarət olan böyük bir külliyyə etdi. Ayrıca 1562-1565 illəri arasında yenə Memar Sinan İstanbulun Edirnekapı səmtində məscid, bulaq, hamam və Mədrəsədən ibarət olan Mihrimah Sultan Məscidi və külliyesini etdi.
Mihrimah Sultan 1578-ci ildə qardaşı oğlu (kişi qardaşının oğlu) III. Muradın səltənəti əsnasında öldü və atası I. Süleymanın Süleymaniyyə Əhməd Camisindəki türbəsində atasının yanında basdırıldı.