Fənarizadə Muhiddin Çələbi

Fənarizadə Muhiddin Çələbi (Bursa7 yanvar 1548, Konstantinopol) — Osmanlı alimimüdərrisi və şeyxülislamı.[1]

Fənarizadə Muhiddin Çələbi
ƏvvəlkiƏbdülqədir Həmidi Çələbi
SonrakıƏbu Suud Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bursa, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri

İlk Osmanlı şeyxülislamı Molla Fənarinin oğlu Yusif Bali Fənarinin nəvəsi, Rumeli başqazısı Ələddin Əli Fənarinin oğlu olub, Bursada dünyaya gəlmişdir. Doğum tarixi bilinməsə də, təqribən 1480-ci ildə dünyaya gəldiyi məlumdur. Əvvəlcə atasından, ardından Xətibzadə Muhiddin və Əfdalzadə Həmiddin Əfəndidən dərslər aldı. 1495-ci ildə təhsilini bitirib, ailəsinin ad-sanından istifadə edərək İstanbulda yeni tamamlanmış Atik Əli Paşa mədrəsəsində müdərris təyin olundu. Daha sonra Bursada və 1513-cü ildə Sahn-ı Səman mədrəsəsində müdərris oldu.

1519-cu ildə Ədirnə, 1520-ci ildə isə İstanbul qazılığına gətirildi. 1523-cü ildə Anadolu, 1524-cü ildə isə Rumeli qazəsgəri seçildi. 15 il davam edən Rumeli qazəsgərliyi dönəmində dövrün bəzi siyasi hadisələrinə qarışdı. Sədrəzəm Piri Mehmed Paşanın əleyhinə Xain Əhməd Paşa tərəfindən tərtiblənən bir məsələnin araşdırılmasında vəzifələndirilmiş, ancaq Əhməd Paşa tərəfdarı olan Muhiddin Çələbi bu məsələdə ədalətsiz davranaraq araşdırmanın sonunu Piri Mehmed Paşanın əleyhinə nəticələndirmişdir. Ancaq Molla Qabiz məsələsindəki yetərsizliyi səbəbilə gözdən düşmüş və sədrəzəmlə padşahın etibarını itirmişdir.[2]

Muhiddin Çələbinin İbrahim Paşanın edamından sonra sədarətə gətirilən Ayaz Mehmed Paşa ilə münasibətləri korlandı. Korfu adası səfəri əsnasında 12 oktyabr 1537 tarixində təqaüdə çıxarılan Muhiddin Çələbi əvvəlcə həccə getdi, daha sonra Ayaz Mehmed Paşanın vəfatından istifadə edərək yenidən nüfuzunu artırmağa başladı. 1543-cü ildə Əbdülqədir Çələbinin vəfatının ardından şeyxülislam seçildi. 2 il 10 ay müddətinə bu vəzifədə qalan Muhiddin Çələbi yaşlılığı səbəbilə və öz arzusuyla vəzifədən azad edildi. 7 yanvar 1548 tarixində vəfat edən Muhiddin Çələbi Əyyub Sultan məscidində dəfn olunmuşdur.

  1. "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-06.
  2. Tabakātü’l-memâlik, vr. 173a
  • Sehî, Tezkire, s. 29–30;
  • Celâlzâde, Tabakātü’l-memâlik, vr. 110a, 173a, 201a;
  • Âşık Çelebi, Mesâirü’ş-şuarâ, vr. 119a.b;
  • Latîfî, Tezkire, s. 307;
  • Mecdî, Şekāik Tercümesi, s. 200, 387–389;
  • Peçuylu İbrâhim, Târih, I, 89;
  • Devhatü’l-meşâyih, s. 23;
  • Leknevî, el-Fevâǿidü’l-behiyye, s. 183;
  • İlmiyye Salnâmesi, s. 367–375;
  • Danişmend, Kronoloji, II, 95–96, 432–433;
  • R. C. Repp. The Müfti of Istanbul, Oxford 1986, s. 263–272;
  • J. R. Walsh, "Fenārī-zāde", El2 (İng.), II, 879.