Şahzadə Cahangir (I Süleymanın oğlu)

Şahzadə Cahangir (9 dekabr 1531[1][2], İstanbul[1][2]27 noyabr 1553[3][4][…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur.[5]

Şahzadə Cahangir
Şəxsi məlumatlar
Doğum tarixi 9 dekabr 1531[1][2]
Doğum yeri
Vəfat tarixi 27 noyabr 1553[3][4][…] (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Sultan Süleyman Qanuni
Anası Xürrəm Sultan

Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir.

Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir.

Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir. Şahzadə Mustafa, Cahangirin ögey qardaşı olsa da, daim ona xoş münasibət göstərmişdir. Ən sevimli qardaşının bu şəkildə öldürülməsinə dözə bilməyən Şahzadə Cahangir ordu Hələbə girdiyi əsnada vəfat etmiş, cənazəsi təcili olaraq paytaxta daşınmışdır. Paytaxta gətirilən cənazə anası Xürrəm Sultan tərəfindən qarşılanmış, səfərdə olan sultanın yerinə bütün cənazə mərasimi Xürrəm Sultan tərəfindən tərtib olunmuşdur. Məzarı qardaşı Şahzadə Mehmed üçün inşa edilən Şahzadə məscidində yerləşir.

Xəstə oğlunun gənc yaşda ölümü Sultan Süleyman Qanuniyə pis təsir göstərmişdir. Cahangirin adını əbədiləşdirmək məqsədilə Qanuni tərəfindən İstanbulda Cahangir səmti salınmışdır.

  1. 1 2 3 4 Peirce L. P. The Imperial Harem Women And Sovereignty In The Ottoman Empire 1993 Pdf // https://archive.org/details/the-imperial-harem-women-and-sovereignty-in-the-ottoman-empire-1993-pdf (ing.). 1993. P. 60. ISBN 0-19-507673-7
  2. 1 2 3 4 Yermolenko G. Roxolana: "The Greatest Empresse of the East (ing.). DeSales University: 2005.
  3. 1 2 Atıl E. Esin Atıl. Milli Sənət Qalereyası: 1986. S. 221. ISBN 978-0-89468-088-5
  4. 1 2 ATA-USA Bulletin of the Assembly of Turkish American Associations. 1986. S. 36.
  5. Uzunçarşılı, İsmail Hakkı (1983). Osmanlı Tarihi, II. cilt. Ankara. s. sf. 401. ISBN 975–16–0012-X.