Mahidövran Sultan

Mahidövran Sultan[1] (d. 1498 — ö. 3 fevral 1581, Bursa[2]) — Osmanlı padşahı I. Süleymanın xanımı və Şahzadə Mustafanın anası.

Mahidövran Sultan
ماه‌دوران سلطان شهبانو خاصگی گلبهار ماهیدوران سلطان
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şimali Qafqaz
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti consort[d]
Həyat yoldaşı Sultan Süleyman Qanuni
Uşaqları Şahzadə Mustafa , Raziyə Sultan, Şahzadə Əhməd, Şahzadə Mahmud, Fatma Sultan
Ailəsi Osmanlı xanədanı
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saraya gəlişi

[redaktə | mənbəni redaktə et]

1500-ci ildə doğulmuş, ilk adının Bosfor olduğu[3]Qafqaz kökənli olduğu iddia edilməkdədir. Atasının adı Bursadakı Şahzadə Mustafa Türbəsindəki məzar lövhəsində Abdullah; saray arxivindəki sənədlərdə isə Əbdürrəhman və Əbdülmənnan olaraq yazıldığına görə kəniz olduğu düşünülmüşdür.[2][3] Saruhan sancaqbəyi Şahzadə Süleymanın Manisa Sarayı hərəminə girdi. 1515-ci ildə Süleymanın ən böyük oğlan uşağı olan Mustafanı dünyaya gətirməsinin ardından Mahidövran adını aldı.[2] 1520-ci ilin sentyabrında I. Səlimin vəfat etməsinin ardından Süleymanın Osmanlı padşahı olması üzərinə uşağıyla birlikdə İstanbula gəldi.

Hasəki Sultanlıq dönəmi

[redaktə | mənbəni redaktə et]

Şahzadə Mustafa yetkinlik yaşına çatanda Osmanlı ənənələrinə uyğun olaraq Saruhan sancaqbəyi olaraq vəzifələndirildi. Yenə ənənə olduğu üzrə anası Mahidövran Sultan da oğlu ilə birlikdə Saruhana getdi.[2] 6 oktyabr 1553 tarixində Süleyman, Konyada olan oğlu Mustafanı üsyan şübhəsiylə edam etdirdi.[4] Mustafanın cənazəsi Bursaya göndərildi, Mahidövran Sultan ilə Mustafanın qızı və kənizləri də Bursaya sürgün edildi.[2][5]

Bursadakı həyatı və vəfatı

[redaktə | mənbəni redaktə et]

Bursa Şəriət Məhkəmə arxivindəki bir sənədə görə Mahidövran Sultan 8–10 nəfərlik bir heyətlə birlikdə Amasyadan Bursaya sürgün edilmişdir. Padşah xanımı olaraq aldığı bütün vəsaitlər kəsildi. On il sonra Bursada yaşadığı evin kirayəsini ödəyə bilməz vəziyyətə gəldi və bir çox yerə borclandı.[2][6] Süleyman digər xanımı Xürrəm Sultanın 1558'dəki ölümündən sonra, Bursa qazısı vasitəsilə Mahidövranın borclarını ödəyib ona müavinət kəsdirdi; ertəsi il bir fərmanla Bursa Hisarında, İmarət-i İsa məhəlləsindəki Leyszadə evini Mahidövran Sultana bağışladı.[2]

Ona verilən ödəmələrlə dolanan Mahidövran, oğlu Mustafanın Muradiyədəki məzarının üstünə Mustafa-i Cədid türbəsini tikdirdi, türbənin baxımı üçün evinin yanında iki dəyirman və yüz min dirhəm gümüş pul vəqf etdi.[2] 3 fevral 1581 tarixində vəfat etdi və oğlunun yanına basdırıldı.[2]

  1. Yermolenko, Galina I. (2010). Roxolana in European Literature, History and Culture. Ashgate Publishing. s. sf. 2. ISBN 0754667618.
  2. 1 2 3 4 5 6 7 8 9 Sakaoğlu, Necdet (Nisan 2012). Süleyman, Hurrem ve Diğerleri: Bir Dönemin Gerçek Hikayesi. s. 26–27.
  3. 1 2 Uluçay, Çağatay (1985). Padişahların kadınları ve kızları
  4. Sakaoğlu, Necdet; sf. 11
  5. Kâmil Kepecioğlu
  6. Peirce, Leslie P. (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire.