Gülfəm Xatun (d. ? - ö. 1561 və ya 1562, İstanbul)[1] - Osmanlı padşahı I. Süleymanın hərəmi.
Gülfəm Xatun | |
---|---|
گلفام خاتون | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1561 və ya 1562 |
Vəfat yeri | |
Həyat yoldaşı | I Süleyman |
Uşağı | Şahzadə Murad |
Tarixçi Yılmaz Öztunaya görə, Gülfəm Xatun 1511-ci ildə Şahzadə Süleyman ilə evləndirilmiş və onun ikinci hərəmi olmuşdur.[2] 1521-ci ildə Şahzadə Mehmedlə eyni ildə dünyaya gətirdiyi Şahzadə Murad eyni il - 12 oktyabr 1521 tarixində çiçək xəstəliyindən vəfat etmişdir.
Digər bir tarixçi Çağatay Uluçaya görə, 1561 və ya 1562-ci ildə vəfat edən Gülfəm Xatun I. Süleymanın əmriylə edam edilmişdir.[1] Buna səbəb isə Gülfəm Xatunun məzar daşının üzərinə yazılan "Şəhideyi saidə" (Mübarək şəhid) ifadəsidir. Ancaq bunun səbəbi Gülfəm Xatunun bir doğum əsnasında vəfat etməsi də ola bilər.[3] İnşası 1561-ci ildə tamamlanan və tamamilə öz sərvətilə tikilən Üsküdardakı Gülfəm Xatun Məscidi günümüzdə də qalmaqdadır.[3] Ancaq 1930-cu ildə aparılan yol çəkilişi iə əlaqədar türbə və məktəbi dağıdılmışdır.[3]