Mehrimah Sultan (I Süleymanın qızı)

Vikipediya, azad ensiklopediya
Wertuose (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:15, 5 yanvar 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Mehri-i Mah Xanım Sultan
خرم سلطان
Doğum tarixi təq. 1522
Doğum yeri
Vəfat tarixi 25 yanvar 1578
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Uşağı
Atası Sultan Süleyman Qanuni
Anası Xürrəm Sultan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehrimah SultanSultan Süleyman QanuniXürrəm Sultanın qızı. 1522-ci ildə anadan olub. 1539-cu ildə Rüstəm Paşa ilə evlənib. 1566-cı ildə atası öldükdən sonra kiçik qardaşı II Səlim taxta çıxır. Həmin dövrdə anası Xürrəm Sultan artıq vəfat etdiyinə görə qardaşı üçün Validə Sultan rolunu oynamışdır.

Mehrimah Sultan həyatı boyunca dövlət işlərində söz sahibi olub. Anası Xürrəm Sultan kimi Polşa kralı II Sigizmund Avqustla yazışmalar aparıb. 1540-1548-ci illər arasında Memar Sinan İstanbulun Üsküdar səmtində məscid, mədrəsə, ibtidai məktəb və xəstəxanadan ibarət olan böyük bir külliyyə inşa etdi. Ayrıca 1562-1565-ci illər arasında yenə Memar Sinan İstanbulun Ədirnəqapı səmtində məscid, bulaq, hamam və mədrəsədən ibarət olan Mehrimah Sultan məscidini inşa etdi.

Mehrimah Sultan 1578-ci ildə qardaşı oğlu III Muradın səltənəti dövründə öldü və atası I Süleymanın Süleymaniyyə məscidindəki türbəsində atasının yanında dəfn olundu.

Həmçinin bax