Şərəfsiz əclaflar

Vikipediya, azad ensiklopediya
E.mammadli (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:11, 3 oktyabr 2009 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Şərəfsiz əclaflar
ing. Inglourious Basterds
Fayl:Inglourious Basterds.jpg
Janr müharibə filmi[1][2][…], dram filmi, macəra filmi
Əsas mövzu İkinci Dünya müharibəsi, qisas[d]
Rejissor
Prodüserlər
Ssenari müəllifi
Baş rollarda
Quruluşçu rəssam Devid Uosko[d]
Montajçı Salli Menke[d]
İstehsalçılar The Weinstein Company[d], A Band Apart[d], Universal Pictures, Babelsberg Studio[d]
Distribütor UIP-Dunafilm[d][9], Netflix
İlk baxış tarixi 20 may 2009, 20 avqust 2009[9], 2009, 21 avqust 2009[10]
Müddət 153 dəq.
Büdcə 70.000.000 $[11]
Gəlir 321.457.747 $[12], 120.540.719 $[12]
Ölkələr
Dillər ingilis dili, alman dili, fransız dili
Rəng rəngli
Çəkiliş yeri Berlin, Almaniya Federativ Respublikası, Paris
IMDb ID0361748
Mükafatları Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

«Şərəfsiz əclaflar» (ingiliscə Inglourious Basterds) - Kventin Tarantino rejissoru, əsərin və ssenarinin müəllifi olan, ikinci dünya müharibəsi zamanı bir qrup insanın nasistlərə qarşı, eyni vəhşiliklə, mübarizə aparması haqda bədii film. Maliyyə cəhətdən ən uğurlu filmidir, dünya üzdə gözləninən yığım 200 milion USD çoxdur. Bu film Kriminal Qiraət filmindən sonra Kventin Tarantinonun ən uğurlu filmi hesab edilir. Premyerası 20 May, 2009 Kann şəhərində olmuşdu. Filmin adı Enzo Ci. Kastellarinin «Inglorious Bastards» (1977) filmindən götürülüb. Bu səbəbdən orijinal adında bilərəkdən iki səhv edilib «Inglourious Basterds». Buna görə bəzən filmin adı ingilis dilindən digər dillərə tərcümə ediləndə, bilərəkdən səhvlərlə tərcümə edilir.


Məzmun

Film beş hissədən ibarətdir:

Fayl:Christopher Waltz.jpg
Christopher Waltz (Hans Landa)
  • «Once Upon a Time in Nazi-occupied France» (tərc.: Nasistlərin zəbt etdiyi Fransada) - Yəhudi ovçusu” SS-Standartenfürer Hans Landa bir fransız fermerinin öz evində yəhudi ailəsini gizlətdiyi haqda bilib, həmin fermerin, sərəncamında olan nasist-əsgərlərlə, yanına baş çəkir. Fermeri hədələyib yəhudilərin gizləndikləri yeri öyrəndikdən sonra, əsgərlərinə onları elə gizləndikləri yerdəcə, yəni döşəmənin altında, güllələmək tapşırığı verir. Lakin 18-yaşlı Şoşana Dreyfusa qaçmaq müyəssər oldu...
Fayl:Bred Pitt.jpg
Bred Pitt (Aldo Reyn)
  • «Inglourious Basterds» - Bu zaman ingiltərəli leytenant Aldo Reyn (Bred Pitt) ABŞ-da yəhudi köklü əsgərlərdən bir dəstə yığır və bu dəstənin bircə məqsədi var: nasistləri rəhmsizcəsinə, əzabla məhv etmək! Bu dəstə haqda məlumat bütün Almaniyaya yayılır və onlara “Əclaflar” adı verilir. Leytenant Aldoya isə nasistlərin tükü ilə birlikdə baş dərisini soyduğuna görə Apaçi ləqəbi verilir...
Daniel Brühl (Fredirik Soller)
  • «German Night in Paris» (tərc.: Parisdə alman gecəsi) - Sağ qalmış Şoşana adını dəyişib, onun adı indi Emmanuel Mimödir və o, Parisdə kinoteatr sahibinin evində məskunlaşır. Kinoteatrın sahibi öləndən sonra, kinoteatrı “qızı” Mimö idarə edir. O qisas arzusu ilə yaşayır. Mimödən xoşlanan Fredirik Soller, SS-propaqanda nazirinin Yosef Göbbelsin çəkdiyi «Məllətin Qüruru» filminin əsas qəhrəmanıdır. O, Göbbelsi «Alman gecəsi»-ni məhz Mimönun kinoteatrında keçirtməyə razı salır. SS-in bütün rəhbərliyi bu gecədə iştirakı gözlənilir, hətta Hitlerin özünün də gəlməyı barədə şayiələr gəzir...
Fayl:Diane Kruger.jpg
Diane Kruger (Bridcet fon Hammersmark)
  • «Operation Kino» - Keçiriləcək «Alman gecəsi» barədə xəbər tutan İngiltərə ordu rəhbərliyi leytenant Ançi Hikoksu “Əclaflar”-ın yanına təxribat hazırlamaq üçün göndərir. Onlar Bridcet fon Hammersmark ilə görüşməlidirlər, hansı ki, “Əclaflar”-ı kinoteatra keçirdəcək. Lakin görüş yerində ingilis leytinantının aksenti SS-əsgərlərini şübhələndirir. Atışma nəticəsində, təxribatda iştirak edəcək iki “Əclaf” və Ançi ölür, Bridcet isə ayağından yaralanır...
Fayl:Melani Lauren.jpg
Melani Lauren (Şoşana Dreyfus)
  • «Revenge of the Giant Face» (tərc.: Nəhəng üzün qisası) - “Əclaflar”, əsas təxribatçılarını itirməklərinə baxmayaraq, planlarını həyata keçirtməyə çalışırlar. Ancaq “Yəhudi ovçusu” təxribatın hazırlandığnı başa düşür, lakin onun qarşısını almağa çalışmır və ingilis rəhbərliyi ilə razılığa gəlmək istəyir... Təxribatın qarşısını almasada, Hans məqsədinə çata bilmir - “Nasistlər rəhmə layiq deyillər” (Aldo Reyn).
    Artıq hər şey hazırdır. Bütün SS-rəhbərliyi qapıları bağlanılmış kinoteatrda, əzab və qorxu içində ölmək gözləyir, Şoşana qisasa başlaya bilər...

Xarici keçidlər

  1. http://www.nytimes.com/2009/08/21/movies/21inglourious.html?ref=movies.
  2. http://www.nytimes.com/2009/08/21/movies/21inglourious.html.
  3. http://www.imdb.com/title/tt0361748/?ref_=fn_al_tt_1.
  4. https://www.filmaffinity.com/en/film746997.html.
  5. 1 2 3 4 5 6 7 http://www.commeaucinema.com/notes-de-prod/inglourious-basterds,71265-note-69833.
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 12 http://www.imdb.com/title/tt0361748/fullcredits.
  7. 1 2 3 4 http://www.commeaucinema.com/notes-de-prod/inglourious-basterds,71265-note-53078.
  8. 1 2 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  9. 1 2 http://nmhh.hu/dokumentum/158984/2009_filmbemutatok_osszes.xls.
  10. IMDb (ing.). 1990.
  11. http://www.boxofficemojo.com/movies/?id=inglouriousbasterds.htm.
  12. 1 2 Box Office Mojo (ing.). 1999.
  13. 1 2 3 4 Academy Awards Database (ing.).
  14. 1 2 3 4 BFI Film & TV Database.