Təxmis

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.2) tərəfindən edilmiş 02:50, 4 oktyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Təxmis — şərq, o cümlədən Azərbaycan şeirində lirik janrın nisbətən az yayılan şəkillərindən biri.[1]

Müxəmməs kimi təxmis də 5 misradan ibarət şeirdir. Çox vaxt 5 bənddən ibarət olur. Bu bəndlərin 1, 2, 3-cü misralarını şeir müəllifinin özü yazır, 4 və 5-ci misralar isə başqa bir müəllifin şeirindən olduğu kimi götürülür və məzmunca özündən əvvəlki orijinal misralarla bağlanır. Bu forma XIX-XX əsrlərdə tədriclə aradan çıxmış, sovet dövründə isə demək olar ki, işlənməmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Ədəbiyyat (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait), Bakı, TQDK, 2010. səh. 622

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.