Zibbz

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 3 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.2) tərəfindən edilmiş 20:47, 4 oktyabr 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Zibbz
Loqonun şəkli
Əsas məlumatlar
Üslub indi pop
Fəaliyyət illəri 2011–h.h.
Ölkə  İsveçrə
Şəhər Sürix
Heyət Korin Qfeller
Sti Qfeller
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zibbz — Korin Qfeller (alm. Corinne Gfeller‎) və Sti Qfeller (alm. Stee Gfeller‎), bir bacı və bir qardaşdan ibarət İsveçrəli duet. Onlar Sürixdən olsalar da, Los-Ancelesdə yaşayırlar. Zibbz "Stones" mahnısı ilə İsveçrəni 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.

Yaranma tarixçəsi

2017-hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi

2018-ci ilin yanvar ayında İsveçrənin SRG SSR telekanalı İsveçrənin 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda Zibbz duetinin də iştirak edəcəyini təsdiqləmişdir. Kanadalı bəstəkar Laurell Barkerin bəstələdiyi "Stones" mahnısı ilə seçim turunda çıxış edən Zibbz nəticədə qalib gəlmiş və İsveçrəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir.[1][2][3]

Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Zibbz 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 17-ci səhnə almışdır. Nəticədə duet 86 xalla yarımfinalda 13-cü yeri tutaraq, final mərhələsinə yüksələ bilməmişdir.

Heyət

  • Korin "Ko" Qfeller (alm. Corinne "Co" Gfeller‎) — vokal
  • Stefan "Sti" Qfeller (alm. Stefan "Stee" Gfeller‎) — təbil, dəstək vokal

Diskoqrafiya

Albomlar

Albom adı İl
Ready? Go! 2013
It Takes a Village 2017

Sinqllar

Mahnı adı İl
"Www. Ahh!" 2011
"One Shot" 2012
"Wake Up!" 2013
"Neonlights"
"Dynamite Blonde" 2014
"Undone"
"Run" 2017
"Stones" 2018

İstinadlar

  1. "Switzerland: Zibbz Are Off to Eurovision 2018". Eurovoix. 4 fevral 2018. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  2. "Zibbz wins the Swiss national selection!". eurovision.tv. Avropa Yayım İttifaqı. 4 fevral 2018. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  3. "Switzerland: Zibbz wins the Entscheidungsshow 2018!". ESCToday. 4 fevral 2018. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
Əvvəlki:
Timebelle
"Apollo"
İsveçrə Avroviziya Mahnı Müsabiqəsində

2018
Sonrakı:
Luka Henni
"She Got Me"

Xarici keçidlər