Səma Ramazanoğlu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Səma Ramazanoğlu
türk. Sema Ramazanoğlu
Türkiyənin Ailə və Sosial Siyasətlər naziri
28 avqust 2015 – 24 noyabr 2015
Baş nazirƏhməd Davudoğlu
Seçki dairəsiDənizli (2015, noyabr)
ƏvvəlkiAyşən Gürcan
SonrakıFatma Betül Sayan Kaya
Türkiyə Böyük Millət Məclisinin 26-cı dövr millət vəkili
17 noyabr 2015 – 24 iyun 2018
Şəxsi məlumatlar
Doğum adı Sema Bostancı
Doğum tarixi 25 avqust 1959(1959-08-25) (64 yaş)
Doğum yeri
Milliyyəti türk
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya Ədalət və İnkişaf Partiyası
Təhsili Ankara Universiteti
İxtisası həkim, siyasətçi
Fəaliyyəti siyasətçi, həkim, cərrah
Həyat yoldaşı İldırım Məhməd Ramazanoğlu
Ailəsi Səlma Aliyə Kavaf (bacısı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səma Ramazanoğlu (25 avqust 1959, Dənizli) — Türk həkim, siyasətçi və keçmiş Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri.

4 noyabr 2015-ci il - 24 may 2016-cı il tarixləri arasında Türkiyənin 64-cü hökumətində Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri vəzifəsində çalışıb.[1] O, ilk dəfə 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə Dənizlidən millət vəkili olaraq parlamentə seçilib.

Ramazanoğlu deputat və nazir olmazdan əvvəl 2003-2009-cu illərdə keçmiş baş nazir və Ədalət və İnkişaf Partiyası lideri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi olub. O, həm də Ədalət və İnkişaf Partiyasının qurucularındandır. Bacısı Səlma Aliyə Kavaf da 2009-2011-ci illərdə Ədalət və İnkişaf Partiyasından nazir olub.

Erkən həyatı və təhsili

Səma Ramazanoğlu 25 avqust 1959-cu ildə Dənizlidə Niyazi və Gülsərən Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İlk və orta təhsilini Dənizlidə başa vurduqdan sonra 1983-cü ildə Ankara Universiteti tibb fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra müxtəlif səhiyyə ocaqlarında həkim işləyib. O, İsveçrənin Bern Universitetinin xəstəxanasında və doğum evində radiologiya üzrə rezidenturanı bitirib.[2]

Türkiyəyə qayıtdıqdan sonra müxtəlif xəstəxanalarda rentgenoloq mütəxəssisi kimi fəaliyyətini davam etdirib. Doktoranturasını Zeynep Kamil və Nümunə xəstəxanalarında davam etdirib. 28 fevral dövründə işlədiyi Heydərpaşa Nümunə Xəstəxanasında hicab problemi yaranınca 1998-ci ildə işlədiyi xəstəxanadan istefa verərək öz klinikasını açdı.[3]

Erkən siyasi karyerası

Ədalət və İnkişaf Partiyası dövrü

Ramazanoğlu ailə dostu Rəcəb Tayyib Ərdoğanın AK Partiyasını qurmasından sonra partiyanın qurucu əsas üzvlərindən biri olub. Prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdə Mərkəzi Qərar Heyəti sədrinin müşaviri və üzvü vəzifələrində çalışıb. Ardıcıl iki dövr Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar Heyətinin üzvü olaraq partiyada mühüm vəzifələr icra edib.[4]

Ramazanoğlu 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya Dənizli millət vəkili olaraq ilk dəfə TBMM-nə daxil olub.

Qadın haqları

Şəxsi həyatı

İstinadlar

  1. "Sema Ramazanoğlu kimdir?". 25 Kasım 2015 tarixində arxivləşdirilib.
  2. "Arşivlenmiş kopya". 6 Nisan 2016 tarixində arxivləşdirilib.
  3. http://www.biyografi.info/kisi/sema-ramazanoglu (#bare_url_missing_title). 29 Mart 2016 tarixində arxivləşdirilib.
  4. "Arşivlenmiş kopya". 14 Nisan 2016 tarixində arxivləşdirilib.