Muğam operası

Vikipediya saytından
Bikar (müzakirə | töhfələr) (212.47.136.186 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Toghrul R tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.) tərəfindən edilmiş 06:11, 27 sentyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Muğam operası — muğamla işlənmiş, psixoloji hadisələrin mahiyyəti, obrazların münasibətləri musiqi və oxumalarla verilən səhnə əsəri.

Dünyada ilk muğam operası Üzeyir Hacıbəyovun Leyli və Məcnun (12 (25) yanvar 1908) əsəri hesab olunur. Operada "Mahur-Hindi", "Rast", "Segah", "Şiraz bayatısı", "Kürdi-Şahnaz", "Çahargah", "Şur" muğamlarından istifadə olunub. Azərbaycanda Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", "Şeyx Sənan", "Şah Abbas və Xurşud banu", "Rüstəm və Söhrab", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl", Şəfiqə Axundovanın "Gəlin qayası", Cahangir Cahangirovun "Xanəndənin taleyi" muğam operaları vardır.

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II cild. Azərnəşr. 2017. səh. 365.