Bayrambinə Balakən r-nunun Talalar i.ə.v.-də kənd. Oykonim Bayram (ş.a.) və binə (müvəqqəti məskən) sözlərindən düzəlib, "Bayram ailəsinə məxsus məskən" deməkdir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi vaxtilə Tülü kəndindən olan Bayram adlı şəxsin saldığı binə əsasında yarandığı üçün belə adlandırılmışdır[1].