İtitala — Azərbaycan Respublikasının Balakən rayonunun İtitala kənd inzibati ərazi dairəsində kənd.[1]
İtitala | |
---|---|
41°34′41″ şm. e. 46°21′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Katex çayının sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Kəndə belə ad onun yerləşdiyi talanın iti bucağa oxşamasına görə verilmişdir. Yaşayış məntəqəsi 1863-cü ildə hazırda inzibati-ərazi bölgüsünə əsasən Zaqatala rayonuna daxil olan Əliabad yaşayış məntəqəsindən bura köçmüş ailələr tərəfindən salınmışdır.[2].
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən kənd əhalisi 2.324 nəfərdir.[3] Qeyri-rəsmi məlumatlara əsasən kənd əhalisinin əksəriyyətini ingiloylar təşkil edir.[4]
Kənddə İtitala kənd məscidi dini icması fəaliyyət göstərir[5].
Balakən rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |