İsaxlıgirmə

İsaxlıgirmə[1]Azərbaycan Respublikasının Balakən rayonunun Şambul kənd inzibati ərazi dairəsində kənd.[2]

İsaxlıgirmə
41°40′03″ şm. e. 46°14′57″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
İsaxlıgirmə xəritədə
İsaxlıgirmə
İsaxlıgirmə

Alazan-Əyriçay çökəkliyindədir. İsaqlıgərmə variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, vaxtilə kəndin ərazisində Mazım çayının keçidi (yerli əhali çay keçidini girmə adlandırır) yaxınlığında İsaq adlı şəxsin binəsi olmuş və keçid də onun adı ilə İsaqlıgirmə adlanmışdır. Sonralar burada salınan kənd də həmin adı qəbul etmişdir.

İsaxlıgirmə kəndin əhalisi təxminən 250-300 nəfərdir və 80 %-i avarlar, 15 %-i azərbaycanlılar, 5 %-i isə qaraçılar, tərəkəmələr və digər xalqın nümayəndələridir. Kəndə daha çox heyvandarlıq və meyvəçilik fındığçılıq inkişaf etmişdir. Kənddə bir meyvə bağı, bir uşaq bağçası, bir neçə mağaza fəaliyyət göstərir.[3].

  1. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası № 771-IQ saylı Qanunu" (az.). e-qanun.az. 07.12.1999. Archived from the original on 2015-06-27. İstifadə tarixi: 2015-06-25..
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.372  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]