Beretbinə (Balakən)

BeretbinəAzərbaycan Respublikasının Balakən rayonunun Katex kənd inzibati ərazi dairəsində kənd.[1]

Beretbinə
41°38′17″ şm. e. 46°28′38″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Beretbinə xəritədə
Beretbinə
Beretbinə

Alazan-Əyriçay çökəkliyindədir. Kəndin ərazisi vaxtilə Zaqatala r-nunun Qəbizdərə kəndinə aid binə yeri olmuşdur. Sonralar Qəbizdərədən çıxmış bir qrup ailənin burada məskunlaşması ilə daimi yaşayış məntəqəsinə çevrilmişdir. Daha sonralar kənd iki hissəyə bölünərək eyni adla yarısı Balakən, digər hissəsi isə Zaqatala r-nuna verilmişdir. Avar. peret "xırda ağaclıq", "kol-kos" mənasını bildirir. Oykonim "ərazisi kol-kosdan ibarət olan binə, kənd" deməkdir[2].

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 121.  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]