Sərraf Şiruyə

Vikipediya, azad ensiklopediya
Turkmenbot (müzakirə | töhfələr) (→‎top: crosswiki standartlaşdırma) tərəfindən edilmiş 10:36, 12 yanvar 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Sərraf Şiruyə
Şiruyə Həsən oğlu Hacıyev
Doğum adı Şiruyə
Təxəllüsləri Sərraf,
Tifil,
Həsənoğlu
Doğum tarixi
Doğum yeri Daşkənd, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi [1] (73 yaşında)
Vəfat yeri Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan[1]
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşları Nuriyyə,
Cəmilə
Uşaqları Nuriyyədən:
Aqşin,
Bəturə,
Üzeyir,
Məshəti
Cəmilədən:
Ülviyyə,
Zülfiyyə
Atası Həsən Xəyallı
Anası Reyvə Kərbəlayı Camal qızı
Təhsili Azərbaycan Dövlət Pedoqoji İnstitutu
İxtisası Riyaziyyat
Fəaliyyəti müəllim, şair
Fəaliyyət illəri 1962-2015
Əsərlərinin dili Azərbaycan
İstiqamət şeir
Janr nəzm
İlk əsəri "Qəzet nəyimə gərək" şeiri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərraf Şiruyə, Şiruyə Həsənoğlu (tam adı: Hacıyev Şiruyə Həsən oğlu; 11 sentyabr 1942[2], Daşkənd, Basarkeçər rayonu7 dekabr 2015[3], Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin (2005), Azərbaycan Jurnalistlər Birliyinin (2005) üzvü; "Qızıl qələm", "Məmməd Araz", "H. B. Zərdabi" mükafatları laureatı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində məşhur el şairi Həsən Xəyallının ailəsində anadan olub.[4] Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeir yazmağa başlamış, poeziyaya böyük maraq göstərmişdir.[5]

1958-ci ildə doğma Daşkənd orta məktəbini, 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.[6]

1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir.[6]

1993–1997-ci illərdə dini mədrəsəni bitirmişdir.[6]

Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir.[6]

Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.[1]

Təltifləri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Məmməd Araz" və "H. B. Zərdabi" mükafatları laureatıdır.

15 noyabr 2007-ci ildə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Vətənpərvərlik mövzusunda yazılmış şeirlərinə və poemalarına görə "Fəxri Fərman"ı ilə təltif edilmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Erkən yaşlarından yaradıcılığa başlayan Sərraf Şiruyə 1962-ci ildən dövrü mətbuatda şeirləri ilə çıxış edir. İlk çap olunan əsəri "Qəzet nəyimə gərək" şeiridir.

Şairin ictimai-siyasi, lirik şeirləri pərəstişkarlarının dillər əzbəri olmuşdur.[7]

Sərraf Şiruyə Qarabağ müharibəsi döyüşçülərinin qəhrəmanlığından bəhs edən və vətənpərvərlik mövzusunda 15-ə yaxın poemanın müəllifidir.[8]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • "Ağlama, bülbül, ağlama", Bakı, "Gəncə" nəşriyyatı, 1994, 372 səh., 10.000 tiraj.
  • "Ölümdən sonrakı ömür", Gəncə, "Gəncə" nəşriyyatı, 1997, 172 səh., 1000 nüs.
  • "Bu ocağın odu sönməz", Gəncə, "Gəncə" nəşriyyatı, 1998, 76 səh., 200 nüs.
  • "Cəsurlar", Bakı, "Gənclik", 2000, 100 səh., 500 nüs.
  • "İgid ölər, adı qalar", Gəncə, "Gəncə" nəşriyyatı, 2002, 304 səh., 500 nüs.
  • "Ayrılığın sonu varmış", Bakı, "Nurlan", 2006, 192 səh., 200 tiraj.
  • "Könlüm Göyçəni istər", Bakı, "Nurlan", 2006, 192 səh., 1000 nüs.
  • "Tərtərin yaralı cəngavərləri", Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2006, 288 səh., 400 tiraj.
  • "Mən haqqa sığınmışam", Bakı, "Nurlan", 2007, 200 səh., 500 tiraj.
  • "Hər görüş bir xatirədir", Bakı, "Nurlan", 2007, 248 səh., 500 tiraj.
  • "Göyçədən gələn səslər", Bakı, "Nurlan", 2008, (164+20) səh., 200 tiraj.
  • Seçilmiş əsərləri, I cild (Təcnislər), Bakı, "Nurlan", 2008, səh.180, 500 nüs.[9]
  • Seçilmiş əsərləri, II cild (Poemalar), Bakı, "Nurlan", 2008, 384 səh., 500 tiraj.
  • Seçilmiş əsərləri, III cild (Poemalar), Bakı, "Nurlan", 2008, 320 səh., 500 tiraj.
  • Seçilmiş əsərləri, IV cild (Qoşmalar), Bakı, "Nurlan", 2009, səh.304, 500 nüs.
  • Seçilmiş əsərləri, V cild (Qoşmalar), Bakı, "Nurlan", 2010, səh.272, 500 nüs.
  • Seçilmiş əsərləri, VI cild (Gəraylılar), Bakı, "Nurlan", 2010, 200 səh., 500 tiraj.
  • "Ayrılıq belə düşdü", Bakı, "Qismət", 2014, (224+48) səh., 300 tiraj. ISBN 978-9952-8231-1-0[10]
  • "Susma, ürək…", Bakı, "SkyG", 2015, 272 səh., 500 tiraj. ISBN 978-9952-440-08-05[11]

Məqalələri[redaktə | mənbəni redaktə et]

  • Sərraf Şiruyə. "Ermənilər Aşıq Nəcəfi necə öldürdülər?" (az.). artpress.az. 18.03.2013. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  • Sərraf Şiruyə. "Söz tilsimi, şair nisgili, Aqil İman unudulmazlığı". 525-ci qəzet (az.). 525.az. 23.12.2014. İstifadə tarixi: 2015-11-23.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015)

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Tanınmış şair Sərraf Şiruyə vəfat edib Arxivləşdirilib 2015-12-12 at the Wayback Machine. karabakhmedia.az, 08.12.2015  (az.)
  2. Tanınmış şair vəfat etdi // https://www.adalet.az/w83558. 2015.
  3. http://karabakhmedia.az/main/1928-taninmish-shair-serraf-shiruye-vefat-edib.html#sel=.
  4. Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.95.
  5. Məleykə Göyçəli, "ХХ-ХХI əsrin yaradıcı insanları", II cild, 2008. səh.220.
  6. 1 2 3 4 Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.
  7. Mövlud Mövlud. ""Bu dünyayla nərd atasan..."". 525-ci qəzet (az.). old.525.az. 28.05.2010. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
  8. "Elin Şiruyəsi, Sözün Sərrafı" (az.). xebertv.az. 19 may 2017. 2017-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
  9. Mütəllim Həsənov. "Sərraf Şiruyənin təcnis çələngi". "Ədalət" qəzeti (az.). anl.az. 18.04.2009. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
  10. Niftalı Göyçəli. "Sərraf Şiruyə - "Ayrılıq belə düşdü" poeması haqqında nəzəri fikirlər" (az.). davam.az. 2015. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
  11. "Sərraf Şiruyə Laçında nə görmüşdü?" (az.). karabakhmedia.az. 03 dekabr 2015. 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]