Çəmənli (Şərur)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çəmənli
39°30′ şm. e. 44°59′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Çəmənli xəritədə
Çəmənli
Çəmənli

Çəmənli (əvvəlki adı: Keştaz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Keştaz kəndi Çəmənli kəndi adlandırılmışdır.[2]

Tarixi

SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Qara HəsənəliSovetabad kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir[3].

Əhalisi

Əhalisi 973 nəfərdir.(2009 - cu il)[4]

Təhsil

Kənddə orta məktəb binası 1980-ci ildə tikilmişdir[5]. 2017-ci il Fevralın 1-də Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.[6] 3 mərtəbəli və 380 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları vardır. Məktəbdə kitabxana işinin təşkili diqqətdə saxlanılır. Hazırda kitabxananın fondunda 4514 kitab vardır.[6]

Kənd mərkəzi

2017-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd mərkəzinin açılışını edib. Mərkəz binasının birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana və feldşer-mama məntəqəsi yerləşir. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və statistika işçisi üçün otaqlar ayrılıb.[6]

Kənd kitabxanası

Kənd kitabxanasında 325 oxucu qeydiyyatdadır. Fondda 8 mindən artıq ədəbiyyat vardır.

Feldşer-mama məntəqəsi

4 otaqdan ibarətdir. Kənd Mərkəzinin binasında yerləşir

İstinadlar

  1. Çəmənli (Şərur) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. Məmməd Oruc. "Araz sahilində keçən gün..." "Yurdun ulu daşları" kitabı, Bakı, "Gənclik", 1988, səh. 72.  (az.)
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  5. Məmməd Oruc. "Araz sahilində keçən gün..." "Yurdun ulu daşları" kitabı, Bakı, "Gənclik", 1988, səh. 82.  (az.)
  6. 1 2 3 "Şərur rayonunun Çəmənli və Arpaçay kəndlərində geniş quruculuq işləri aparılıb". 2017-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-16.