Dərəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kənd inzibati ərazi dairəsi tərkibindəki Dərəkənd kəndi Dərəkənd adlandırılmışdır.[1]
Dərəkənd | |
---|---|
39°32′21″ şm. e. 45°02′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonim dərə (çökək) və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "dərədə yerləşən kənd" deməkdir. Kəndin XIX əsrdə salınması haqqında məlumat vardır.[2]
29 mart 2005-ci ildə Dərəkənd Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dərəkənd inzibati ərazi vahidi yaradılmışdır.[3]
Bu kənd Şərur düzündədir.
Əhalisi 1104 nəfərdir (2009-cu il).[4]
Şərur rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |