Alışar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.[1]
Alışar | |
---|---|
39°32′ şm. e. 44°55′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Şərur rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Elmi ədəbiyyatda bu oykonimin izahı belə verilir: alış (qədim türk dillərində "çay ağzı, çayın mənsəbi, axar suyun hövzəyə tökülən yeri") və ar ("qarşı, əks tərəf mənasını ifadə edir) komponentlərindən düzəlib, "çay ağzının əks tərəfi" deməkdir. Kəndin Xələcdaşı dağının ətəyində, Arazın sahilində, çay suyunun güclü axaraq töküldüyü yerin əks tərəfində yerləşməsi bu fikri təsdiq edir.[2] 29 mart 2005-ci ildə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılmışdır.[3]
Əhalisi 1943 nəfərdir. [4]
Səfər Alışarlı - yazıcı, şair