Qarahəsənli — Azərbaycanın Şərur rayonunda kənd.
Qarahəsənli | |
---|---|
39°28′ şm. e. 44°58′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Eyniadlı bələdiyyənin mərkəzi.Rayon mərkəzindən 10 kilometr aralı, Arpaçayın Araza töküldüyü yerdədir.Orta məktəb,mədəniyyət evi feldşer-mama məntəqəsi var.Araza yaxın yerdə əhalini su ilə təmin edən nasos stansiyası qurulmuşdur.[1]
SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz və Sovetabad kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir[2].
Şərur rayonunun Dərvişlər i.ə.v. də kənd . Düzənlikdədir. Kəndin adı yerli əhalinin dilində Qarasannı kimi tələfüz edilir.Oykonim etnotoponim hesab edilir. Keçən əsrin 40 cı illərində Krım vilayətində Karasan adlı 3 yaşayış məntəqəsi qeydə alınmışdır.[3]
Əhalisi 907 nəfərdir.(2009 - cu il)[4] Əhali Heyvandarlıq,yemçilik,əkinçilik,taxılçılıq,bostançılıq və tərəvəzçiliklə məşğuldur.
Kənddə məktəb binası 1971-ci ildə tikilmişdir[5]..
1982-ci ildə kəndə qaz və su kəməri çəkilib[5].