Qaraburc (əvvəlki adı: Qarabürc) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabürc kəndi Qaraburc kəndi adlandırılmışdır.[1]
Qaraburc | |
---|---|
39°35′ şm. e. 44°56′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Şərur rayonunun Dəmirçi i.ə.v. də kənd. Düzənlikdədir.Oykonim qara və bürc (qala bürcü) sözlərindən düzəlib "qara rəngə çalan bürc" mənasındadır.Kəndin adı oradakı qədim qala xarabalıqları ilə əlaqədar yaranmışdır.Oykonimin Qalabürc variantında olması da ehtimal edilir.2003-cü ildən kəndin adı Qarabürc kimi rəsmiləşdirilmişdir. Burc/burç komponenti türk dillərində "bibər" , "möhkəmləndirilmiş yer, səngər", palıd qozası,qüllə,minarə (ərəb dilində) mənalarında işlənmişdir.[2]
Əhalisi 487 nəfərdir.(2009 - cu il)[3]
Şərur rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |