Şirməmməd Hüseynov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şirməmməd Hüseynov
Doğum tarixi 17 dekabr 1924(1924-12-17)
Doğum yeri
Vəfat tarixi 24 iyun 2019(2019-06-24) (94 yaşında)
Vəfat yeri
Uşaqları Fərəh Əliyeva
Lalə Hüseynova
Elm sahəsi Mətbuat
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı — 1988
"Şərəf" ordeni

Şirməmməd Ağaməmməd oğlu Hüseynov (17 dekabr 1924, Nuxa24 iyun 2019, Bakı) — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru.

Həyatı

Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941–1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə ZaqataladaŞəkidə müəllim işləyib. 1945–1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950–1954-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954–1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962–1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini, 1961–1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971–1976-cı illərdə isə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971–1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti, 1976–1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri 1988-ci ildən isə BDU, mətbuat tarixi kafedrasının professoru olmuşdur.[1][2]

24 iyun 2019-cu ildə Bakıda dünyasını dəyişib.[3] İkinci Fəxri Xiyabanda dəfn olunub.[4]

Ailəsi

Şirməmməd Hüseynovun böyük qızı Fərəh Əliyeva Mədəniyyət və İncəsənət Universitetinin rektoru, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.[5] Kiçik qızı Lalə Hüseynova Azərbaycan Milli Konservatoriyasının Elmi İşlər üzrə prorektorudur.[6]

Siyasi fəaliyyəti

2000-ci il parlament seçkilərində Şirməmməd Hüseynov Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 15-ci sırada olmuşdur.[7] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Şirməmməd Hüseynov deputat seçilə bilməmişdir.[8][9]

Mükafatları

  • 1948 — "Nizami təqaüdü"
  • 1966–1972: "Qızıl qələm" mükafatı
  • 1988 — "Əməkdar jurnalist" fəxri adı
  • 1991 — Zərdabi adına mükafat
  • 1992 — Y. Məmmədəliyev adına mükafat
  • 1998 — Məhəmməd Əmin Rəsulzadə adına mükafat
  • 2014 — "Şərəf" ordeni

Kitabları

  • Məhəmməd Əmin Rəsulzadə əsərləri (5 cild). Bakı, 1992–2018
  • Azərbaycan legionerləri. Bakı, 2003
  • Milli haqq və ədalət axtarışında. Bakı, 2004
  • Mənəvi irsimiz və gerçəklik. Bakı, 2004

İstinadlar

  1. "Жизнь, посвященная науке, образованию и печати" (rus. ). azertag.az. 22 dekabr 2014.
  2. "Şirməmməd Hüseynovla vida mərasimi keçirilir". ona.az. 25 iyun 2019.
  3. "Şirməmməd müəllimi itirdik..." azertag.az. 24 iyun 2019. 2020-06-10 tarixində arxivləşdirilib.
  4. "Şirməmməd Hüseynov vəfat etdi". realtv.az. 24 iyun 2019.[ölü keçid]
  5. "F.Ş.Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 11 may 2018.
  6. "Hüseynova Lalə". konservatoriya.az. 2021-12-06 tarixində arxivləşdirilib.
  7. "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  8. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  9. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.

Xarici keçidlər