Lalə Hüseynova

Lalə Hüseynova (20 oktyabr 1962, Bakı) — Musiqişünas-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın elmi işlər üzrə prorektoru və "Konservatoriya" elmi jurnalının baş redaktoru.

Lalə Hüseynova
Hüseynova Lalə Şirməmməd qızı
Doğum tarixi 20 oktyabr 1962(1962-10-20) (61 yaş)
Doğum yeri
Atası Şirməmməd Hüseynov
Anası Ülkər Hüseynova
Elmi dərəcəsi
  • sənətşünaslıq namizədi[d]
Elmi adı
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

20 oktyabr 1962-ci il tarixdə Bakıda, ziyalı ailəsində anadan olub.

Ailəsi

  • Görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun qızıdır.
  • Tanınmış jurnalist və elmi işçi, "Elm və həyat" jurnalının redaktor müavini Ülkər Hüseynovanın qızıdır.
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, əməkdar incəsənət xadimi Fərəh Əliyevanın bacıdır

1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini əla attestatla, 1985-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1985 – 2014-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqında çalışıb; o cümlədən, əvvəl bir müddət baş məsləhətçi, 2002 –2012-ci illərdə məsul katib, 2012 – 2014-cü illərdə isə katib vəzifəsini tutub.

2015-ci ildən Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru olmaqla yanaşı,2015-ci ildən "Konservatoriya" elmi jurnalının baş redaktoru,2016-cı ildən Azərbaycan Milli Konservatoriyasının professorudur. 2005 – 2015-ci illərdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında türk xalqlarının musiqisi, mənbəşünaslıq, ixtisas fənlərindən dərs deyib; o cümlədən,2008-ci ildən kafedranın dosenti olub.2006 – 2018-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin estetika kafedrasında dünya musiqi mədəniyyətinin tarixi fənni üzrə baş müəllim vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2005-ci ildə "Azərbaycan musiqi mədəniyyətinin inkişafında Bəstəkarlar İttifaqının rolu və əhəmiyyəti" mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru adını alıb.

3 kitabın, 2 dərslik və bir sıra dərs vəsaitlərinin müəllifidir. Dövri-mətbuatda, o cümlədən, bir sıra nüfuzlu jurnallarda və veb-saytlarda 100-dən çox elmi və elmi-publisistik məqaləsi dərc olunub.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1987-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1990 – 2019-illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.

2019-cu ildən YUNESKO-nun Ənənəvi Musiqi Üzrə Beynəlxalq Şurasının "Tükdilli xalqların musiqisi" qrupunun üzvüdür.

1985-ci ildən etibarən müxtəlif illərdə televiziyada 100-ə yaxın musiqi verlişlərinin – "Xaqani, 27 – Azərbaycan Bəstəkarlar İttifaqından", "Opera musiqisinin şedevrləri", "Bəstəkar və ifaçılarımızın portreti", "Azərbaycan musiqisində qəhrəmanlıq mövzusu", "Kino və musiqi", "Musiqi xəzinəsi", "Musiqili ekran" verlişlərinin müəllifi və aparıcısı olub. Mütəmadi olaraq konsert və musiqi gecələrində ön sözlə çıxış edir.

Azərbaycanda və xaricdə keçirilən elmi konfranslarda və simpoziumlarda, festival və müsabiqələrdə, o cümlədən, Rusiya (Moskva–2005, 2019, Kazan–2014, Ufa–2018), Gürcüstan (2006, 2016), Özbəkistan (2007, 2013, 2015, 2018), Moldova (2009), Kanada (2011), Ukrayna (2012), Hindistan (2015), Qazaxıstan (2012, 2015, 2018, 2021), Fransa (2019), Türkmənistan (2019), Almaniya (2019), Bakıda keçirilən beynəlxalq elmi simpoziumlarda (2013, 2015, 2016, 2017, 2018, 2021), elmi məruzə və təqdimatlarla, habelə münsif qismində iştirak edib.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif edilib[1]

  • Böyük yolun tarixi - Azərbaycan Bəstəkarlar İttifaqı - 2010
  • Aqşin Əlizadə - Publisistik irs,məqalələr, müsahibələr - 2012
  • Zemfira Qafarova - 2014
  • Türk xalqlarının musiqisi (Ali məktəblər üçün dərs vəsaiti) - 2023
  1. "Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.