100 mm-lik M1944 (BS-3) topu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
100 mm-lik M1944 (BS-3) topu
Ölkə
İstismar tarixçəsi
İstifadə edilən döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


BS-3 SSRİ tərəfindən yaradılmış olan 100 mm-lik çapa malik tank əleyhinə topdur. Silahın rəsmi adı “100 mm-lik səhra Topu modeli 1944 (BS-3)” (Rusca: 100-мм полевая пушка образца 1944 года (БС-3)) olmuşdur. İkinci dünya müharibəsi dövründə xidmətə qəbul edilmiş top 1950-ci illərə qədər istifadə edilmişdir. 1955-ci ildə Qızıl Orduda yerini MT-12 Rapira tank əleyhinə toplara buraxmışdır. BS-3 modeli bir çox ölkəyə satılmışdır. Bəzi ölkələrin silahlı qüvvələrində hələ də istifadə edilir. Hal-hazırda da, BS-3 toplarına aid olan hissələri Rusiya Silahlı Qüvvələrinin artilleriya bölmələrində tapmaq mümkündür. Ayrıca olaraq, 2012-ci ildə Kuril adalarında yerləşdirilmiş gəmi əleyhinə və desant əleyhinə hərbi birlik olan XVIII artilleriya və pulemyot hərbi birləşməsinin arsenalında ən azı 12 ədəd BS-3 topunun olduğu məlumdur.

Tarixi

BS-3 modeli əslində B-3 dəniz topunun bir başqa forması idi. Konstruksiyası V. G. Grabin tərəfindən həyata keçirilmişdir.

Top, tank ordusunun tərkibində, yüngül artilleriya diviziyalarının tərkibində (20 ədəd BS-3 və 48 ədəd ZiS-3) və artilleriya korpuslarının tərkibində xidmət etmişdir.

İkinci dünya müharibəsi dövründə BS-3 modeli çox uğurlu bir tank əleyhinə artilleriya silahı olmuşdur. Çox uzaq məsafədən düşmən tanklarını zərərsizləşdirməyi bacarırdı. Topdan ayrıca olaraq səhra topu kimi də istifadə etmək mümkün idi. 122 mm-lik A-19 toplarına görə daha gücsüz olmasına baxmayaraq, BS-3 topları daha çevik və sürətli atəş açmaq qabiliyyətinə sahib idi.

Sursat məlumatları

  • Sursat
    • Zireh dəlici: BR-412
    • Zireh dəlici ballistik sərt başlıqlı: BR-412B, BR-412D
    • Yüksək patlayıcılı/Parça təsirli
  • Mərmi ağırlığı, kq
    • Zireh dəlici/ Zireh dəlici ballistik sərt başlıqlı: 15.88
    • Yüksək patlayıcılı/Parça təsirli: 15.6
  • Zirehi dağıtma xüsusiyyəti (BR-412B, 0 dərəcə ilə)
    • 500 m : 160 mm
    • 1000 m : 150 mm

İstifadəçilər

Xüsusiyyətləri

  • Mənşəyi:  SSRİ
  • Növü: Səhra və tank əleyhinə artilleriya
  • İstehsal tarixi: 1944-1951
  • İstehsal miqdarı: 10,843
  • Çəkisi: 3,650 kg[1]
  • Uzunluğu: 9.37 m[2]
  • Üfüqi tuşlama bucağı: -5° ilə 45° arasında
  • Lülə çapı: 100 mm
  • Mərminin maksimum uçuş məsafəsi: 20 km
  • Mərminin atış sürəti: 8 – 10 mərmi/dəqiqədə
  • Təsirli məsafə: 9250 m
  • Şaquli tuşlama bucağı: 58° sağa və ya sola
  • Ekipaj: 6-8 nəfər
  • Hündürlüyü: 1.5 metr[3]
  • Eni: 2.15 m[4]

İstifadə edildiyi müharibələr

İstinadlar

  1. Foss, Christopher. Jane's pocket book of towed artillery. New York: Collier. 1977. səh. 59. ISBN 0020806000. OCLC 911907988. 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  2. Foss, Christopher. Jane's pocket book of towed artillery. New York: Collier. 1977. səh. 59. ISBN 0020806000. OCLC 911907988. 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  3. Foss, Christopher. Jane's pocket book of towed artillery. New York: Collier. 1977. səh. 59. ISBN 0020806000. OCLC 911907988. 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  4. Foss, Christopher. Jane's pocket book of towed artillery. New York: Collier. 1977. səh. 59. ISBN 0020806000. OCLC 911907988. 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.