2A19 və ya T-12, 1960-cı illərin əvvəllərindən başlayaraq 1980-ci illərin əvvəllərinə qədər SSRİ və Bolqarıstan silahlı qüvvələrinin arsenalında olmuş daşınan tank əleyhinə yivsiz 100 mm-lik çapa malik olan topdur.
Silahın ekipajı altı nəfərdən ibarətdir: komandir, yedək vasitənin sürücüsü, topçu, yükləyici və iki sursat ekipajı. MT-LB, yedək vasitə olaraq istifadə edildikdə, 20 mərmi adətən daşınır (10 APFSDS, 4 HE-Frag, 6 HEAT). Silah yivsiz olduğundan, bütün döyüş sursatı uçuş zamanı düz bir istiqamətdə hərəkət edir.
Standart təchizatda bilvasitə görünüş üçün PG-1M teleskopundan və dəqiq nişanlama zamanı isə OP4M-40U teleskopundan istifadə edilir. APN-5-40 və ya APN-6-40 cihazlarından isə gecə vaxtlarında atəş açmaq üçün istifadə edilir.
Silah qar və ya bataqlıq ərazilərdə hərəkət edə bilmək üçün LO-7 xizəyindən istifadə edə bilər.
↑Zaloga, Steven; Luczak, Wojciech; Beldam, Barry. Armor of the Afghanistan War. Armor 2009. Concord Publications. 1992. səh. 67. ISBN978-9623619097.
↑Mantoux, Stéphane. "Jours de tonnerre : L'Armée russe au combat en Ossétie du Sud et en Géorgie" [Days of thunder: The Russian Army in combat in South Ossetia and Georgia]. Batailles et Blindés (fransız). No. 52. Caraktère. December 2012. 68–82. ISSN1765-0828.