Aditya Çopra

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aditya Çopra
hind. आदित्य चोपड़ा
Doğum tarixi (53 yaş)
Doğum yeri Hindistan
Vətəndaşlığı
Həyat yoldaşı
Atası Yaş Çopra
Fəaliyyəti Rejissor, ssenarist, prodüser
Fəaliyyət illəri 1988-ci ildən
IMDb ID0159147
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aditya Çopra (ing. Aditya Chopra; 21 may 1971, Bombey) — Hindistan kinorejissoru, ssenarist və prodüseri.

Həyatı

Aditya Çopra 21 may 1971-ci ildə məşhur kino xadimi Yaş Çopra və Pamela Çopranın ailəsində anadan olmuşdur. Uşaqlıq dövründə Aditya həddindən artıq utancaq olmuşdur. O zaman onun əsas maraqları müxtəlif filmlərə baxmaq və bəzən də hekayələr yazmaq idi. Aditya Bombey Şotland Məktəbini bitirmişdir. Bundan sonra o, bütün uşaqlığı boyu Karan Cohar və Uday Çopra ilə bir yerdə böyümüşdür.

Aditya Çopra kino yaradıcılığına 18 yaşından başlayaraq daha çox atasının filmlərində rejissor assistenti kimi çalışmışdır. 24 yaşından isə Aditya artıq müstəqil olaraq rejissor və ssenarist kimi fəaliyyət göstərməyə başlayır.

Şəxsi həyatına gəldikdə isə Aditya Çopra məktəb yoldaşı 2001-ci ildə Payal Xanna ilə ailə həyatı qurmuşdur. Onlar vaxtilə Bombey Şotland Məktəbində bir yerdə oxumuşdular. Payal Xanna isə öz təhsilini Londonda davam etdirmişdir. Payal sonradan "Yash Raj Studios"da dizayner kimi, eyni zamanda bəzi filmlərdə prodüser kimi fəaliyyət göstərmişdir. Cütlük 2009-cu ildə rəsmən boşanmışdır[1].

Aditya Çopranın 2008-ci ildə çəkdiyi "Bu cütlüyü Tanrı yaradıb" filmi nəinki Hindistanda, eləcə də dünyanın bir çox ölkələrində özünə şöhrət qazanmışdır. Baş rolda Bollivud şahzadəsi Şahrux Xanın çəkilməsi isə bu ekran əsərinə ikiqat uğur gətirmişdir.

Ailəsi

Filmoqrafiya

Rejissor fəaliyyəti

  1. Qaçırılmamış gəlin (1995) / Dilwale Dulhania Le Jayenge
  2. Aşiqlər (film, 2000) / Mohabbatein
  3. Bu cütlüyü Tanrı yaradıb (film, 2008) / Rab Ne Bana Di Jodi

Ssenarist fəaliyyəti

  1. Qaçırılmamış gəlin (1995) / Dilwale Dulhania Le Jayenge
  2. Dəli ürək (1997) / Dil To Pagal Hai
  3. Aşiqlər (film, 2000) / Mohabbatein
  4. Vir və Zara: Məhəbbət əhvalatı (film, 2004) / Veer-Zaara
  5. Bu cütlüyü Tanrı yaradıb (film, 2008) / Rab Ne Bana Di Jodi
  6. Nyu-York (2009) / New York

Prodüser fəaliyyəti

  1. Dəli ürək (1997) / Dil To Pagal Hai
  2. Sən və mən (2004) / Hum Tum
  3. Vir və Zara: Məhəbbət əhvalatı (film, 2004) / Veer-Zaara
  4. Salam Namaste (2005) / Salaam Namaste
  5. İrəli, Hindistan (film, 2007) / Chak De! India
  6. Bu cütlüyü Tanrı yaradıb (film, 2008) / Rab Ne Bana Di Jodi
  7. Nyu-York (2009) / New York
  8. Mumbay (2010) / Mumbai
  9. Bir pələng var idi (film, 2012)

İstinadlar

  1. "Arxivlənmiş surət". 2017-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.

Xarici keçidlər