Albert Səlimov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Albert Səlimov
Albert Səlimov 2016-cı il Rio-de-Janeyro Olimpiadasında
Albert Səlimov 2016-cı il Rio-de-Janeyro Olimpiadasında
Şəxsi məlumatlar
Tam adı Albert Şöhrətoviç Səlimov
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi 5 aprel 1986(1986-04-05)[1] (38 yaş)
Doğum yeri
Təhsili
Boyu 170 sm. (5 ft 6 in)
İdman növü Boks
Məşqçisi Nuripaşa Talıbov

Albert Səlimov (5 aprel 1986[1], Kaspiysk, Dağıstan MSSR[1]) — RusiyanıAzərbaycanı təmsil edən boksçu, Dünya və Avropa Çempionatlarının, həmçinin Avropa Oyunlarının qalibi[2]

Karyerası

Albert Səlimov 2006-cı ilin iyulunda Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[3] Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Albert Səlimovun final görüşündə rəqibi Azərbaycan nümayəndəsi Şahin İmranov oldu.[3] Həmin görüşdə Albert Səlimov rəqibinə 28:10 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu.[3] Bir il sonra, 2007-ci ildə Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatında da Albert Səlimov bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qızıl medalına sahib oldu.[4]

Son Dünya və Avropa Çempionatının qalibi olan Albert Səlimov 2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı.[5] Turnirin təsnifat mərhələsində Albert Səlimov Ukrayna nümayəndəsi Vasili Lomaçenhoya məğlub oldu (8:14) və mübarizəsini uğursuz başa vurdu.[5]

Olimpiadadan sonra Albert Səlimovun birinci turniri 2009-cu ilin sentyabrında İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatı oldu.[6] Həmin turnirdə Albert Səlimov yarım-final mərhələsinə məğlub olaraq Dünya Çempionatının bürünc medalına sahib oldu.[6] 2010-cu ildə Albert Səlimov Rusiyada baş tutan Avropa Çempionatının qalibi oldu.[7]

2011-ci il isə Albert Səlimov üçün bir mövsüm oldu. İyunda Avropa Çempionatında mübarizə aparmayan Albert Səlimov sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatında birinci görüşündəcə turnirdən uzaqlaşdırıldı.[8] Bundan sonra Albert Səlimov tədricən Rusiya yığmasının heyətində "bir nömrə" adını itirdi. 2015-ci ildə Albert Səlimov Azərbaycan yığmasının heyətinə cəlb edildi. Albert Səlimov həm də bir müddət WSB-də çıxış edən "BAKU Fires"da mübarizə apardı.

2015-ci ilin iyununda Albert Səlimov Azərbaycan bayrağı altında Birinci Avropa Oyunlarında mübarizə apardı.[9] Kişilərin 60 Kq. turnirində çıxış edən Albert Səlimov turnirin 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Otar Eranosyan ilə üz-üzə gəldi.[9] İyunun 20-də baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı.[9] Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Elian Dimitrov oldu.[9] Bu görüşdə də Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[9] Finala gedən yolda onun rəqibi İrlandiya nümayəndəsi Sean Komb oldu.[9] İyunun 26-da baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[9] Həlledici görüşdə isə onun rəqibi Fransa nümayəndəsi Sofian Oumiha oldu.[9] İyunun 27-də baş tutan final görüşündə Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu.[9]

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Albert Şöhrətoviç Səlimov "Şöhrət" ordeni ilə təltif edildi.[10]

2015-ci ilin əsas turniri Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatı oldu.[11] Dörd ildən sonra Dünya Çempionatında çıxış edən Albert Səlimov turnirin final görüşündə Kuba nümayəndəsi Lazaro Alvareza məğlub oldu və Dünya Çempionatını gümüş medalla başa vurdu.[11]

Albert Səlimov 2016-cı ilin avqustunda Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunarında təmsil elədi.[12] Təsnifat mərhələsindən azad olan Albert Səlimov olimpiadanın 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Devid Coyze ilə üz-üzə gəldi.[12] Avqustun 9-da baş tutan görüşdə Albert Səlimov rəqibi üzərində 3:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə vəsiqə qazandı.[12] Yarım-finala gedən yolda onun rəqibi Fransa nümayəndəsi Sofian Umiha oldu.[12] Albert Səlimov həmin rəqibinə 2015-ci il ərzində həm Avropa Oyunlarında, həm də Dünya Çempionatında qalib gəlmişdi.[12] Bu səfər də görüşün favoriti Albert Səlimov hesab olunurdu.[12] Avqustun 12-də baş tutan görüşdə Albert Səlimov gözlənilmədən rəqibinə 0:3 hesabı ilə məğlub oldu.[12] Medalın bir addımlığında mübarizəsini dayandıran Albert Səlimov nəticədə Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.[12]

Albert Səlimov 2016-cı ildə idmanla vidalaşdı.

Nəticələri

Albert Səlimov Rio-de-Janeyro Olimpiadası zamanı İrlandiya nümayəndəsi Devid Coyzeyə qalib gəlir
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Rusiya Rusiya
1
2006
Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
1.
2
2007
Dünya Çempionatı ABŞ ABŞ
1.
3
2008
Olimpiya Oyunları Çin Çin
PAT
4
2009
Dünya Çempionatı İtaliya İtaliya
3.
5
2010
Avropa Çempionatı Rusiya Rusiya
1.
6
2011
Dünya Çempionatı Azərbaycan Azərbaycan
DQ
Azərbaycan Azərbaycan
7
2015
Avropa Oyunları Azərbaycan Azərbaycan
1.
8
Dünya Çempionatı Qətər Qətər
2.
9
2016
Olimpiya Oyunları Braziliya Braziliya
5.

İstinadlar

  1. 1 2 3 4 http://www.yourepeat.com/watch/?v=LRCbPxm6LOQ.
  2. Olympedia.org. "Albert SƏLİMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 3 Amateur-boxing.strefa.pl idman portalı. "2006 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. Amateur-boxing.strefa.pl idman portalı. "2007 World Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. 1 2 Olympedia.org. "2008 Summer Olympics / Boxing / Featherweight (57 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  6. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2009 World Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  7. Amateur-boxing.strefa.pl idman portalı. "2010 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. Amateur-boxing.strefa.pl idman portalı. "2011 World Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  9. 1 2 3 4 5 6 7 8 9 Amateur-boxing.strefa.pl idman portalı. "2015 Europen Games — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  10. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 30.06.2015. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2022.
  11. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2015 World Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  12. 1 2 3 4 5 6 7 8 Olympedia.org. "2016 Summer Olympics / Boxing / Lightweight (60 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.