Şahin Səlim oğlu İmranov (23 sentyabr 1980, Sumqayıt) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. 2002-2008-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib.[1]
Şahin İmranov | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Şahin Səlim oğlu İmranov | |||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR | |||||||||||||||||||
Boyu | 170 sm. (5 ft 7 in) | |||||||||||||||||||
İdman növü | Boks | |||||||||||||||||||
Karyera illəri | 1990—2008 | |||||||||||||||||||
Məşqçisi | Eldar Əbilov | |||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
2 dəfə Olimpiya Oyunları, 2 dəfə Dünya Çempionatı, 3 dəfə isə Avropa Çempionatında mübarizə aparan Şahin İmranov 2008-ci ildə Çində XXIX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Şahin İmranov həmçinin 2002-ci ildə Perm şəhərində (Rusiya) və 2006-cı ildə Plovdiv şəhərində (Bolqarıstan) baş tutan Avropa Çempionatlarının gümüş medallarına sahib olub.
Şahin İmranov Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.
Şahin İmranov 2019-cu ildən gənclərdən ibarət Azərbaycan yığmasının baş məşqçisidir.[2]
Şahin İmranov 1980-ci il sentyabrın 23-də Sumqayıt şəhərində anadan olub. Əslən Göyçə (Sevan) mahalının Cil (Jil) qəsəbəsindən idi. 1987-1998-ci illərdə Sumqayıt şəhərində 3 nömrəli tam orta məjtəbdə təhsil alıb. 1998-2002-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Ajademiyasında ali təhsil alıb. 2002-2003-cü illərdə hərbi xidmətdə olub.
1990-cı ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Eldar Əbilovdur.
Şahin İmranovun birinci beynəlxalq turniri 2002-ci ilin 12-22 iyulunda Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatı.[3] Bu turnir 21 yaşlı Şahin İmranovun beynəlxalq çempionatlarda debütü idi. Şahin İmranovun 1/8 final mərhələsində rəqibi Fransa nümayəndəsi Bubasar Danqnoso oldu.[3] İyulun 15-də baş tutan görüşdə Şahin İmranov rəqibinə 28:20 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Xorvatiya nümayəndəsi Yetis Bajrami oldu.[3] İyulun 17-də baş tutan görüşdə Şahin İmranov rəqibi üzərində qələbə qazandı (18:8) və turnirin yarım-final mərhələsinə adladı.[3] Finala gedən yolda isə onun rəqibi Rumıniya nümayəndəsi Viorel Simion oldu.[3] Bu görüşdə də Şahin İmranov rəqibinə qalib gəldi (28:18) və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[3] Həlledici görüşdə onun rəqibi Rusiya Federasiyası nümayəndəsi Rəhimqul Malaxbəyov oldu.[3] Rəhimqul Malaxbəyov Dünya və Avropa Çempionatlarının qalibi, həmçinin 1996-cı il Atlanta Olimpiadasının bürünc, 2000-ci il Sidney Olimpiadasının isə gümüş medalçısı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşünün birinci raundunda Şahin İmranov rəqibindən 6:5 hesabı ilə üstün idi. Amma görüşün növbəti hissəsində Şahin İmranov qaşından zədə aldığına görə referilər final görüşünü dayandırdı. Nəticədə Rəhimqul Malaxbəyov qalib elan edildi.[3] Şahin İmranov isə Avropa Çempionatının gümüş medalına sahib oldu.[3]
Hərbi xidmətdə olduğu illərdə Şahin İmranov Hərbçilərin Dünya Çempionatında (2002-ci ildə İrlandiyada baş tutdu) və Hərbçilərin Dünya Oyunlarında (2003-cü ildə İtaliyada baş tutdu) bürünc medallara sahib oldu.
Hərbi xidmətdən sonra Şahin İmranovun birinci beynəlxalq turniri 2004-cü ilin 18-28 fevralında Xorvatiyanın Pula şəhərində baş tutan Avropa Çempionatı oldu.[4] 2 il əvvəl turnirin gümüş medalına sahib olan Şahin İmranov bu səfərdə uğursuzluqla üzləşdi.[4] Şahin İmranov 1/16 final mərhələsində KYRM nümayəndəsi Ridvan Ramadaniyə birinci rauddaca məğlub oldu və mübarizəsini dayandırdı.[4]
Ridvan Ramadani | 1/16 final mərhələsi |
2004-cü ilin əsas turniri avqustda baş tutacaq Olimpiya Oyunları idi. Afina Olimpiadasına lisenziya 2. AIBA Avropa Olimpiya Təsnifat Turnirinin finalçılarına verildi. 30 mart-4 apreldə Polşanın Varşava şəhərində baş tutan turnirdə Şahin İmranov da mübarizə apardı. Nəticədə finala gedən yolda bütün rəqiblərinə qalib gələn Şahin İmranov olimpiya lisenziyasının sahibi oldu. Formal final görüşündə isə o, Rusiya nümayəndəsi Alexey Tişçenxoya məğlub oldu.
XXVIII Yay Olimpiya Oyunları 12-30 avqustda Yunanıstanın Afina şəhərində baş tutdu.[5] Şahin İmranovun təsnifat mərhələsində rəqibi CAR nümayəndəsi Ludumo Qalada oldu.[5] Avqustun 16-da baş tutan görüşün üçüncü raundunda Şahin İmranov rəqibi üzərində təmiz qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı.[5] Bu mərhələdə isə onun rəqibi apreldə təsnifat turnirinin final görüşündə məğlub olduğu Rusiya nümayəndəsi Alexey Tişçenxo oldu.[5] Həmin görüşün əvvəlindən Şahin İmranov rəqibindən üstün idi.[2] Amma görüşün üçüncü raundunda Şahin İmranov qaşından zədə aldı və referilər görüşün dayandırılması barədə qərar qəbul elədilər.[2] Nəticədə Şahin İmranov rəqibinə məğlub oldu və Afina Olimpiadasında mübarizəsini dayandırdı.[5] Şahin İmranov 18 il sonra verdiyi müsahibəsində bu görüş barədə bunları demişdi: "Əgər qaşımdan zədə almasaydım, Olimpiya Oyunlarının qalibi də ola bilərdim".[2][6]
Ludumo Qalada | 1/16 final mərhələsi | ||||
Alexey Tişçenxo | 1/8 final mərhələsi |
Şahin İmranov Afina Olimpiadasından sonra birinci turniri 2005-ci ilin noyabrında oldu.[7] 12-20 noyabrda Çinin Mianyan şəhərində baş tutan Dünya Çempionatı Şahin İmranov uğusuzluqla üzləşdi.[7] Turnirin 1/16 final mərhələsində Almaniya nümayəndəsi Andreas Proppa 10:15 hesabı ilə məğlub olan Şahin İmranov Dünya Çempionatında mübarizəsini dayandırdı.[7]
Andreas Propp | 1/16 final mərhələsi |
2004-cü ildə Avropa Çempionatında, 2005-ci ildə isə Dünya Çempionatında ardıcıl olaraq uğursuzluqlarla üzləşən Şahin İmranov 2006-cı ilin 14-24 iyulunda Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[8] Şahin İmranovun 1/8 final mərhələsində rəqibi Fransa nümayəndəsi Kedafi Celqir oldu.[8] Kedafi Celqir son Avropa Çempionatının finalçısı idi. İyulun 17-də baş tutan görüşdə Şahin İmranov rəqibi üzərində 40:30 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[8] Bu mərhələdə onun rəqibi Ujrayna nümayəndəsi Dmitri Bulenxo oldu.[8] İyulun 20-də baş tutan görüşdə Şahin İmranov rəqibinə 38:22 hesabı ilə qalib gəlgi və Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[8] Finala gedən yolda onun rəqibi Bolqarıstan nümayəndəsi Alexey Şaydulin oldu.[8] Alexey Şaydulin son Dünya Çempionatının finalçısı idi. İyulun 21-də baş tutan görüşdə Şahin İmranov rəqibi üzərində 38:26 hesabı ilə qələbə qazandı və dörd ildən sonra növbəti dəfə Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[8] Həlledici görüşdə isə onun rəqibi Rusiya nümayəndəsi Albert Səlimov oldu.[8] İyulun 23-də baş tutan final görüşündə Şahin İmranov rəqibinə 10:28 hesabı ilə məğlub oldu və Avropa Çempionatını növbəti dəfə gümüş medalla başa vurdu.[8]
Kedafi Celqir | 1/8 final mərhələsi | ||||
Dmitri Bulenxo | 1/4 final mərhələsi | ||||
Alexey Şaydulin | 1/2 final mərhələsi | ||||
Albert Səlimov | gümüş medal qazandı |
Dörd ildən sonra növbəti dəfə Avropa Çempionatının gümüş medalçısı olan Şahin İmranov 2007-ci ildə Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatında mübarizə apardı.[9] Şahin İmranovun 1/32 final mərhələsində rəqibi Qana nümayəndəsi İssa Samir oldu.[9] Həmin görüşdə Şahin İmranov rəqibinə 24:10 hesabı ilə qalib gəldi və turnirin 1/16 final mərhələsinə adladı.[9] Bu mərhələdə onun rəqibi Latviya nümayəndəsi Valentin Morozov oldu.[9] Həmin görüşdə də Şahin İmranov rəqibinə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[9] Bu mərhələdə isə onun rəqibi Hindistan nümayəndəsi Antreş Lalit Lahra oldu.[9] Bu görüşdə Şahin İmranov rəqibinə 10:15 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı.[9]
2008-ci ilin əsas turniri avqustda Çində baş tutacaq Olimpiya Oyunları idi. Bu turnirə olimpiya lisenziyaları 25 fevral-1 martda İtaliyada baş tutan Avropa Olimpiya Təsnifat Turnirində verildi.[10] Turnirin 1/8 final mərhələsində Şahin İmranov Macarıstan nümayəndəsi Yanos Mihali ilə üz-üzə gəldi.[10] Həmin görüşdə Şahin İmranov rəqibi üzərində 25:4 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[10] Bu mərhələdə onun rəqibi Belarus nümayəndəsi Mixail Bernadsxi oldu.[10] Bu görüşdə də Şahin İmranov rəqibi üzərində qələbə qazandı (22:11) və turnirin yarım-final mərhələsinə adladı.[10] Bu mərhələdə isə onun rəqibi Almaniya nümayəndəsi Vilhelm Qratşov oldu.[10] Həmin görüşdə Şahin İmranov rəqibi üzərində 18:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı.[10] Bununla da Şahin İmranov olimpiya lisenziyasına sahib oldu.[10] Formal əhəmiyyətə sahib olan final görüşündə isə Şahin İmranovun rəqibi Fransa nümayəndəsi Kedafi Celqir oldu.[10] Şahin İmranov həmin rəqibinə 2 il əvvəl Avropa Çempionatında qalib gəlmişdi. Amma bu səfər Şahin İmranov rəqibinə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.[10] Bu görüşdə Şahin İmranov ciddi zədə aldı.[2] Onun qolunun vətərinin 75 faizi qopdu.[2] Həmin zədə sonradan ona Olimpiya Oyunlarında ciddi maneə törətdi.[2] Şahin İmranov 2022-ci ildə müsahibəsində bu zədə barədə bunları demişdi: "Olimpiadaya qədər həmin qolla zərbədən istifadə etmədim. Gənclər və İdman Nazirliyi tərəfindən mənim üçün tibb personlaları ayrılmışdı. Olimpiada da mübarizə aparmağın mənası yox idi. İstənilən rəqib üçün mən "hədiyyə" idim. Olimpiadaya qədər ancaq yüngül məşqlərdə oldum".[2]
XXIX Yay Olimpiya Oyunları 8-24 avqustda Çində baş tutdu.[11] Avqustun 11-də baş tutan təsnifat mərhələsində Şahin İmranovun rəqibi Qazaxıstan nümayəndəsi Qalib Cəfərov idi.[11] Qalib Cəfərov 2004-cü ildə Dünya Çempionatının qalibi olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şahin İmranov rəqibinə 10:5 hesabı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı.[11] Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Nixoloz İzoriya oldu.[11] Nixoloz İzoriya da dörd il əvvəl Avropa Çempionatının finalçısı olan təcrübəli idmançı idi. Avqustun 15-də baş tutan görüşdə də Şahin İmranov inamlı mübarizə apardı və rəqibi üzərində 18:10 hesabı ilə qalib gəldi.[11] Nəticədə Şahin İmranov olimpiadanın 1/4 final mərhələsinə adladı.[11] Bu mərhələdə isə onun rəqibi Kuba nümayəndəsi İdel Toririente oldu.[11] Avqustun 18-də baş tutan görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu.[11] Nəticədə Şahin İmranov rəqibi üzərində 16:14 hesabı ilə qələbə qazandı və olimpiadanın yarım-final mərhələsinə adladı.[11] Finala gedən yolda isə onun rəqibi beş ay əvvəl məğlub olduğu Fransa nümayəndəsi Kedafi Celqir oldu.[11] Görüşün birinci hissəsindən sonra Şahin İmranov qaşından zədə aldı.[2] Nəticədə görüşü idarə edən referilər görüşün dayandırılması barədə qərar qəbul elədi.[11] Kedafi Celqir final görüşünə vəsiqə qazandı, Şahin İmranov isə XXIX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[11][12]
Qalib Cəfərov | 1/16 final mərhələsi | ||||
Nixoloz İzoriya | 1/8 final mərhələsi | ||||
İdel Torriente | 1/4 final mərhələsi | ||||
Kedafi Celqir | bürünc medal qazandı |
Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2008-ci il tarixli 3017 nömrəli Sərəncamına əsasən XXIX Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Şahin Səlim oğlu İmranov "Tərəqqi" medalı ilə təltif edildi.[13] Gənclər və idman naziri Azad Rəhimovun 31.10.2008-ci il tarixli əmrinə əsasən isə Şahin İmranova Azərbaycanın idman ustası adı verildi.[14]
Olimpiya Oyunlarından sonra Şahin İmranov 28 yaşında idmanla vidalaşdı.
Karyerasını başa vurandan sonra Şahin İmranov Dövlət Gömrüj Komitəsinin (DGK) Sumqayıt Şəhər Baş İdarəsində çalışır.[2] 2019-cu ildən isə gənclərdən ibarət Azərbaycan yığmasında məşqçi olaraq çalışır.[2]
Avropa Çempionatı | Rusiya | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Avropa Olimpiya Təsnifat Turniri | Polşa | |||
Olimpiya Oyunları | Yunanıstan | |||
Dünya Çempionatı | Çin | |||
Avropa Çempionatı | Bolqarıstan | |||
Dünya Çempionatı | ABŞ | |||
Avropa Olimpiya Təsnifat Turniri | İtaliya | |||
Olimpiya Oyunları | Çin |