Anar Kərimov (nazir)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anar Kərimov
5 yanvar 2021 – 22 dekabr 2022
ƏvvəlkiƏbülfəs Qarayev
SonrakıAdil Kərimli
bayraq
Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini – nazir vəzifələrini müvəqqəti icra edən
bayraq2
20 iyul 2020 – 5 yanvar 2021
bayraq
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi
bayraq2
Vəzifədədir
23 may 2014-cü ildən
ISESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri
Vəzifədədir
17 may 23-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyun 1977(1977-06-03) (46 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı 3

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020).

Həyatı

Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.[1]

Rus, ingilisfransız dillərini bilir. Ailəlidir, üç övladı var.

Fəaliyyəti

Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.[1]

23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilmişdir.[2][3]

Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.[4] 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.[5][6] Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin olunmuş[7] və 22 dekabr 2022-ci tarixli Sərəncamı ilə bu vəzifədən azad edilmişdir.[8]

2023-cü ildə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri çalışır

Mükafatları

İstinadlar

  1. 1 2 "Struktur və əməkdaşlar — Kərimov Anar Qabil oğlu". culture.gov.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
  2. "A.Q.Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 23 may 2014. 19 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
  3. "A.Q.Kərimovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 23 may 2014. 8 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
  4. "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 9 iyul 2019. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
  5. "A.Q.Kərimovun Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 20 iyul 2020. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
  6. "Azərbaycan Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 20 iyul 2020. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
  7. "A.Q.Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 5 yanvar 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2020.
  8. "A.Q.Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında". president.az. 22 dekabr 2022. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2022.
  9. "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 1 avqust 2019. 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.